“Bu problemdən əziyyət çəkən uşaqlar...” - PSİXOLOQ İZAH ETDİ

“Disleksiya- yunan sözüdür, mənası sözlərdə çətinlik çəkməkdir. Əsas problem intelekt və təhsil səviyyəsinə baxmayaraq çətinliklə oxumaqdan ibarətdir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Leyla Əli deyib.

Onun sözlərinə görə, disleksiya beyinin dil öyrənmə qabiliyyətinə cavabdeh olan müxtəlif hissələrindəki fərq yaradır: “Beyin şəkilləri göstərir ki, disleksiyalı insanlar informasiyanı qəbul edərkən başqa cür fəaliyyət göstərir. Bunun intelekt səviyyəsi ilə heç bir əlaqəsi yoxdur. Disleksiyası olan insanlar normal intelektə malikdirlər”.

Psixoloq sözlərinə belə davam edib: “Əlamətləri bunlardır: Disleksiya erkən uşaqlıq dövründə özünü göstərə bilir. Bu problemdən əziyyət çəkən uşaqlar həftənin günlərini, rəqəmləri ardıcıl deyə bilmirlər. Disleksiyadan əziyyət çəkən uşaqlar məktəbdə hərf və rəqəmlərə maraq göstərməyə bilərlər.

Disqrafiya - qarmaqarışıq yazıdan daha geniş mənalı termindir. Disqrafiya həm psixi fəaliyyət, həm də yazı tapşırıqlarına təsir edən öyrənmə pozuntusudur. Psixoloqlar bunu "fikrin yazıda ifadə zəifliyi" adlandırırlar. Bu hal düşünmə və motorikaya təsir göstərir, şagirdin düşüncələrini sözlərlə ifadə edib kağıza köçürməsində çətinlik yaradır.

Əlamətləri:

- Bitişik sözlər və cümlələr,
- Nizamsızlıq,
-Əyilmiş sətirlər,
- Yazı vasitələrini tutmaqda çətinlik,
- Əksər hallarda nəyisə pozarkən kağızda çoxlu dəliklər,
- Əziyyətli yazı prossesi.

Disleksiya və Disqrafiyadan əziyyət çəkən uşaqlarla mütəxəssis tərəfindən korreksiya işi görülməlidir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...