Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların SAYI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1791 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 301, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 261, üç və daha çox doza vaksin vurduranların sayı 1057, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 172 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 842 888, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 370 777, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 860 329, üç və daha çox doza vaksin vurduranların sayı 3 354 294, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 257 488 təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə