Nə? Harda? Nə zaman? intellektual yarışı 2-ci "YAŞAT" düşərgəsində - FOTOLAR

Düşərgənin 3-cü günü Nə? Harda? Nə zaman? oyunun keçirilməsi ilə yadda qaldı. SİA xəbər verir ki, dj Fatehin iştirakı ilə uşaqlar intellektual yarışmaya qatılaraq öz bilik və bacarıqlarını nümayiş etdirdilər. Komandalar şəklində qatıldıqları oyunda ümumilikdə 20 suala cavab verdilər. Qalib komandalara düşərgənin dəstəkçisi olan Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası tərəfindən hədiyyələr təqdim olundu.

Düşərgə müddətində uşaqlar “Paşa Həyat” sığorta tərəfindən sığortalanıblar.

Düşərgənin media dəstəkçiləri: Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV) və ASAN Radiodur.

Düşərgənin baş sponsorları: “Qalaaltı Hotel & Spa ”, “PMD Hospitality”dir.

Sponsorlar: “Paşa Bank”, “NAR", “Rabitə Bank”, “Bravo”

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...