Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda avtomobil yollarında sıxlıq olan ərazilər açıqlanıb.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən SİA-ya verilən məlumata görə, hazırda paytaxt yollarında vəziyyət aşağıdakı kimidir:

1. Üzeyir Hacıbəyli küçəsində Cavanşir körpüsünün üzərindən, Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər olan hissəsində sıxlıq

2. Heydər Əliyev prospektində Koroğlu metro stansiyası istiqamətindən, Bağırov körpüsünün aşağı hissəsindən keçməklə, şəhər istiqamətində - kənar yolda, Heydər Əliyev Mərkəzinin qarşısına doğru sıxlıq

3. Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən başlayaraq, DİN Hospitalın qarşısında olan hissəyə qədər - əsas yolda, 20 Yanvar dairəsi istiqaməti və Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən başlayaraq, Əliyar Əliyev küçəsi ilə kəsişməsinə qədər - əsas yolda, Koroğlu metro stansiyası istiqaməti sıxlıq

4. Alı Mustafayev küçəsində - əsas yol və kənar yolda, 20 Yanvar dairəsi istiqamətindən Ziya Bünyadov prospektinə doğru, Koroğlu metro stansiyası istiqaməti sıxlıq

5. Abbasqulu ağa Bakıxanov küçəsində, Zivər bəy Əhmədbəyov küçəsi ilə kəsişmədən, Mərdanov qardaşları küçəsi ilə kəsişməyə qədər, Türkiyə səfirliyi istiqaməti sıxlıq

6. Koroğlu Rəhimov küçəsinin Akademik Həsən Əliyev küçəsi ilə kəsişməsindən, Gülarə Qədirbəyova küçəsi istiqamətində və Fətəli xan Xoyski prospekti ilə kəsişməyə qədər olan hissəsində, Akademik Həsən Əliyev küçəsi istiqamətində sıxlıq

7. Akademik Həsən Əliyev küçəsinin, 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin qarşısı da daxil olmaqla, Novruzov qardaşları küçəsi ilə kəsişməsindən, Xan Şuşinski küçəsi ilə kəsişməsinə qədər olan hissəsində, Koroğlu Rəhimov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə