“Azərbaycan–Özbəkistan: həqiqi qardaşlıq münasibəti” - TƏDBİR-FOTOLAR

Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatı “Depo” ərazi partiya təşkilatında “Azərbaycan - Özbəkistan: həqiqi qardaşlıq münasibəti” adlı tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, “Azərbaycan Dəmir Yolları” QSC-nin İmişli rayonunda yerləşən idarə və müəssisələrinin rəhbərləri və YAP fəalları iştirak ediblər.

Tədbirdə çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev çıxış edərək bildirib ki, 2020-ci ildə Vətən müharibəsində Azərbaycanın öz ərazilərini erməni işğalından azad etməsindən sonra ölkəmizin regionda və dünyada nüfuzu durmadan artır. Azərbaycan regionda söz sahibinə çevrilib və Cənubi Qafqazda vəziyyətə özü diktə edir. Təsadüfi deyil ki, bölgədə sülhün bərpası prosesində Azərbaycanın irəli sürdüyü təkliflər və təşəbbüslər istər region ölkələri, istərsə də dünyanın supergüc dövlətləri və beynəlxalq təşkilatları tərəfindən qəbul edilməkdədir. Bu isə Azərbaycanın müxtəlif ölkələrlə əlaqələrinə də müsbət təsirini göstərir. Son dövrlər Azərbaycan ilə Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan arasında münasibətlərdə də canlanma müşahidə olunmaqdadır.

Digər çıxış edənlər qeyd ediblər ki, Qardaş Özbəkistan 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəmizlə artıq tarixdə qalmış Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib, dəfələrlə beynəlxalq təşkilatlar, ikitərəfli və çoxtərəfli görüşlər çərçivəsində dövlətimizin ərazi bütövlüyü ilə bağlı birmənalı mövqeyini qətiyyətlə ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə