Kompot hazırlayarkən DİQQƏTLİ OLUN - MÜTƏXƏSSİS AÇIQLADI

"Evdə kompot, mürəbbə və ya digər bağlamalar hazırlayarkən sanitar- gigiyena qaydalarına nəzarət olunmalıdır". Bu sözləri SİA-ya açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salamov deyib.

Onun sözlərinə görə, kompot hazırlayarkən meyvələr düzgün şəkildə təmizlənməli və emal olunmalıdır: "Biz çox vaxt görürük ki, bəzi insanlar kompot hazırlayarkən həmin meyvəni düzgün şəkildə yumur. Bu da botulizm zəhərlənmələrinə səbəb ola bilər. Ona görə də kompotlarda, mürəbbələrdə və digər bağlamalarda istifadə olunan meyvə və tərəvəzlərin emalı prosesi düzgün şəkildə həyata keçirilməlidir. İlk növbədə həmin meyvə və tərəvəzlər düzgün bir şəkildə torpaqdan təmizlənməli, ikinci isə axar su altında təmizlənməli, üçüncüsü isə bişirmə prosesidir. Ümumiyyətlə sağlam mürəbbə və kompot əldə etmək üçün emal prosesini düzgün şəkildə həyata keçirmək lazımdır".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...