Pakistanlı qonaqlar: Nümunəvi orkestrin konsertindən zövq aldıq

Azərbaycan Ordusunun nümunəvi orkestri möhtəşəm konsert proqramı ilə çıxış etdi. Heydər Əliyev Parkında Bakının qonaqları və konserti izləyən insanlar üçün gözəl şərait yaradılıb. İyunun 26-sı Azərbaycanda Silahlı Qüvvələr günü kimi qeyd edilir. Biz konsertdən zövq aldıq. Musiqinin dili birdir. Azərbaycan üçün əlamətdar gündə xüsusi bir proqram izləyirik.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bunu 26 İyun-Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə təşkil edilən hərbi orkestrin nümunəvi çıxışlarını izləyən pakistanlı qonaqlar deyiblər.

Qonaqlar bildiriblər ki, Pakistan xalqı Azərbaycanı hər zaman dəstəkləyir və hər zaman onun yanındadır. “Biz daim ordunuzu dəstəkləyirik və ölkənizi sevirik. Xalqınız qonaqpərvərdir və Azərbaycanı çox bəyənirik. Bakıda olduğumuz üçün məmnunuq. Azərbaycan bizim üçün qardaş dövlətdir”, - deyə pakistanlı qonaqlar vurğulayıblar.

Xatırladaq ki, iyunun 26-da Bakıda hərbi orkestrlər Azərbaycan və dünya bəstəkarlarının tanınmış müasir, estrada və klassik musiqi əsərlərindən ibarət parçalar səsləndiriblər. Onların ifa etdikləri musiqi əsərləri şəhər sakinlərinə və paytaxtımızın qonaqlarına xoş ovqat bəxş edib və böyük maraqla dinlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...