Uzaq qohum evliliklərində uşaqda hər hansı problem yaşana bilər? - GİNEKOLOQ AÇIQLADI

Uzaq qohum evliliklərində uşaqda hər hansı problem yaşana bilər? - GİNEKOLOQ AÇIQLADI

“Uzaq qohum evliliklərində əksər hallarda uşaqda böyük bir problem yaranmır”. Bu sözləri SİA-ya açıqlamasında cərrah, mama-ginekoloq Ləman Əliyeva deyib.

Onun sözlərinə görə, problem yaranma riski bu hallarda olur: “Uzaq qohumlarda hər iki tərəfdə hər hansısa bir genetik xəstəlik varsa, o zaman bu xəstəliyin qohum evliliyindən üzə çıxma ehtimalı daha yüksək olur. Ona görə də bu şəxslərdə hamiləlik zamanı genetik testlər vaxtlı-vaxtında olmalıdır”.

Ləman Əliyeva sözlərinə belə davam edib: “Əgər ata və ana tərəfdə heç bir genetik xəstəlik yoxdursa, onlar heç bir risk qrupuna daxil deyilsə, bu zaman böyük əksəriyyətində belə bir problem yaşanmır. Söhbət uzaq qohum evliliklərindən gedir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə