Tələbələrin MEK-dəki istehsalat təcrübələri yekunlaşıb

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) BDU-nun Kitabxanaçılıq və İnformasiya, həmçinin ADU-nun Filologiya, Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültələri tələbələrinin istehsalat təcrübələri yekunlaşıb. SİA xəbər verir ki, ümumilikdə 42 tələbə 4 aya yaxın müddətdə MEK-in müxtəlif şöbələrində təcrübə keçiblər. Onlar kitabxana işinin incəliklərinə dərindən yiyələnərək bütün kitabxana proseslərinin icra olunmasında böyük həvəslə çalışıblar. Həmçinin tələbələr İRBİS 64 AKİS proqramına 1000-ə yaxın müxtəlif dildə və sayda ədəbiyyat nümunələri daxil ediblər.

Sonda yekun qiymətləndirmə zamanı MEK tərəfindənhər iki universitetin tələbələrinə müsbət xasiyyətnamələr təqdim edilib, kitabxananın fondlarında qorunan tarixi, bədii, incəsənət və s. mövzularda nəşrlər hədiyyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə