Bu gün Bakının 503 küçəsi yuyuldu - FOTOLAR

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə yaz mövsümü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin qərarına uyğun olaraq bu gün paytaxtda təmizlik və abadlıqla bağlı növbəti ümumşəhər daxili iməcliyi keçirilib. Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 503 əsas küçə və prospektlərin yuyucu maddələrlə yuyulmasını təmin edilib və eyni zamanda genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib. Daxili iməclikdə Bakı Şəhər İcra Hakimiyyətinin strukturları ilə yanaşı müəssisə, idarə və təşkilatların kollektivləri, fərdi sahibkarlar və özəl sektor nümayəndələri, şəhər sakinləri də yaxından iştirak ediblər.

Paytaxtın bütün rayonlarını əhatə edən belə iməcliklər mütəmadi olaraq davam etdiriləcək və bu işlər öz növbəsində Bakı şəhərinin daha da gözəlləşdirilməsinə böyük töhfə olacaqdır.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...