"Avroviziya" mahnı müsabiqəsi ölkəmizə nə qazandırdı? - CƏMİYYƏTİN BAXIŞI - SORĞU

1956-cı ildən bəri Avropa Yayım İttifaqına üzv olan ölkələr arasında keçirilən beynəlxalq mahnı müsabiqəsi olan "Avroviziya" dünyanın ən uzun ömürlü mahnı müsabiqəsidir. Buna görə, müsabiqənin adı 2015-ci ildə Ginnesin Rekordlar Kitabına düşüb. Müsabiqə 1951-ci ildən bəri təşkil olunan İtaliyanın məşhur Sanremo Musiqi Festivalının əsasında qurulub. 2008-ci ildən Azərbaycan da bu mahnı müsabiqəsində iştirak edir. Bəs, "Avroviziya" mahnı müsabiqəsi ölkəmizə nə qazandırdı?

SİA mövzu ilə bağlı şəhər sakinlərinin fikirlərini öyrənməyə çalışıb. Gəlin görək şəhər sakinləri bununla bağlı nə düşünür?

Şəhər sakini Təranə Süleymanova: “Azərbaycanın “Avroviziya” mahnı müsabiqəsində iştirak etməsi mühüm əhəmiyyət kəsb edir. Çünki bu yarışlar, müsabiqələr Azərbaycanın dünyada nüfuzunun artmasına, tanınmasına böyük təkan verir. Bu yarış sayəsində bizim tariximizi, mədəniyyətimizi dünyaya tanıdır”.

Şəhər sakini Bəhram Məlikəliyev: “Ölkəmiz günü-gündən inkişaf etməkdədir. Azərbaycanın bu kimi beynəlxalq yarışlarda iştirak etməsi bizim üçün böyük əhəmiyyətə malikdir. Çünki bu kimi yarışlar, müsabiqələr ölkəmizin dünyada tanınmasında böyük rol oynayır. Bu səbəbdən Azərbaycanın “Avroviziya” mahnı müsabiqəsində iştirak etməsi dəstəkləyirəm. Ümid edirəm ki, gələcək illərdə Azərbaycan bu yarışda qalib olacaq”.

Şəhər sakini Tamella Dadaşova: “Bildiyimiz kimi, hər il “Avroviziya” mahnı müsabiqəsi keçirilir. Azərbaycan da 2008-ci ildən etibarən bu yarışlarda təmsil olunur. Hər il mütəmadi olaraq bu beynəlxalq mahnı müsabiqəsinin yaxından izləyirəm. Bildiyimiz kimi, bu il də Ukrayna qalib oldu. İnşallah gələn il də ökəmiz qalib olar və biz bu yarışı Şuşada keçirərik”.

Şəhər sakini Yüksəl Xəlilov: “Azərbaycan dünyada tanınan, nüfuzlu ölkələrdəndir. Biz bunu 44 günlük Vətən müharibəmizdəki şanlı Zəfərimizlə bütün dünyaya bir daha sübut etdik. Bütün dünya Azərbaycanın gücünü, qüdrətini bir daha gördü. Bu gün ölkəmizin beynəlxalq tədbirlərdə, müsabiqələrdə, yarışlarda iştirak etməsinin Azərbaycanın turizminin, iqtisadiyyatının daha da inkişaf etməsində böyük rol oynayır. Ölkəmizin bu cür tədbirlərdə təmsil olunması çox müsbət haldır və bunu çox dəstəkləyirəm”.

Şəhər sakini Röyalə Aslanlı: ““Avroviziya” mahnı müsabiqəsi hər il mütəmadi olaraq keçirilən bir platformadır. Bu beynəlxalq platformada Azərbaycanın təmsil olunmasının böyük əhəmiyyəti var. Çünki bu yarış sayəsində Azərbaycanın nüfuzu günü-gündən daha da artır. Bizim tariximiz, mədəniyyətimizi bütün dünya daha yaxından tanış olur. Bu baxımdan düşünürəm ki, ölkəmiz bu cür beynəlxalq yarışlarda təmsil olunmalıdır”.

Şəhər sakini Ayxan Məmmədov: ““Avroviziya” mahnı müsabiqəsi kimi beynəlxalq yarışda Azərbaycanın təmsil olunması ölkəmiz üçün böyük uğurdur. Çünki bu kimi yarışların keçirilməsi Azərbaycanın tarixinin, mədəniyyətinin dünyada tanınmasında böyük rol oynayır. Çox təəssüf ki, builki yarışda biz qalib ola bilmədik. Amma düşünürəm ki, gələcək illərdə Azərbaycan “Avroviziya”da qalib seçiləcək”.

Şəhər sakini Validə Mirzəyeva: “44 günlük Vətən müharibəsindəki Zəfərimizi bütün dünya gördü. Biz bir daha sübut etdik ki, Azərbaycan güclü və qüdrətli bir dövlətdir. Həmçinin Azərbaycanın beynəlxalq tədbirlərdə, yarışlarda iştirak etməsi bizi bir daha dünyada tanıdır. Bu baxımdan, Azərbaycanın “Avroviziya” mahnı müsabiqəsində təmsil olunmasını dəstəkləyirəm. Ümid edirəm ki, gələcək illərdə bu müsabiqədə biz də qalib olacağıq”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...