Oğuz rayonunda şəhid Səfa İsazadənin anım mərasimi keçirilib FOTOLAR

Oğuz rayon Xaçmaz kənd Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidi İsazadə Səfa Əmirxan oğlunun doğum günü ilə əlaqədar anım mərasimi keçirilib. Anım mərasimində YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov və təşkilatın əməkdaşları, rayon icra hakimiyyətinin əməkdaşları, Oğuz rayon Gənclər və İdman idarəsinin əməkdaşları, şəhidin məzunu olduğu Xaçmaz kənd 2 N-li məktəbin rəhbərliyi, o cümlədən, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, məktəblilər iştirak ediblər.

Tədbirdə öncə, Vətən uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb. Daha sonra, Şəhidlər Xiyabanında uyuyan Şəhidlərimizin məzarları ziyarət edilib, Xaçmaz kənd 2 N-li məktəbin şagirdlərinin ifasında şeirlər və vətənpərvərlik ruhunda mahnılar dinlənilib. Müəllimləri tərəfindən şəhidin ömür yoluna nəzər salınıb.Qeyd edək ki, İsazadə Səfa Vətən müharibəsi zamanı oktyabrın 14-də Suqovuşan uğrunda döyüşlərdə şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə, ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Allah rəhmət eləsin!

Zümrüd Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...