Biz heç bir dövlətin təqvimi ilə Ramazan ayını tənzimləmirik - DİN XADİMİ AÇIQLADI
"Ramazan təqvimimiz Şamaxı Astrofizika Rəsədxanasının hesabatı ilə hazırlanır". Bu fikirləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev bildirib.
O bildirib ki, biz heç bir dövlətin təqvimi ilə hərəkət etmirik: "Qafqazislam.com saytında Ramazan ayının cədvəli, hətta fətvamız da yerləşdirilib. Qafqaz Müsəlmanlar İdarəsinin Şamaxı Pirqulu Rəsədxanasına göndərdiyi sorğunun əsasında təqvim cədvəli hazırlanır ki, aprel ayının 2-si Ramazan ayının 1-ci günüdür və may ayının 2-ndə də Ramazan bayramı daxil olacaq. May ayının 2-si və 3-ü Ramazan bayramı kimi qeyd olunub. Biz heç bir dövlətin təqvimi ilə Ramazan ayını tənzimləmirik. Hətta namaz vaxtları da rəsədxanada hesablanan vaxt cədvəli ilə tənzimlənib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB