Zərərli qidalar günümüzün ən mühüm sağlamlıq problemlərindən biridir. Bir çox işlənmiş və əlavə tərkibli qidalar, xüsusilə "fast food" qidaları bu qrupa daxildir. Son araşdırmalar göstərib ki, zərərli qidalar ən az siqaret qədər ölümcüldür. Sağlam qidalanma yaratmaq üçün bir çox xəstəliklərin, xüsusilə diabet və piylənmənin inkişafına səbəb olan zərərli qidaları tanımaq lazımdır. 1970-ci illərdən bəri təbii pəhriz intensiv urbanizasiya və sənaye qida istehsalı ilə addım-addım işlənmiş süni qidaya çevrildi.
Tərəvəz suyu: Pəhrizinizə güclü bitki əsaslı qidalar əlavə etməyin ən yaxşı yolu tərəvəz suyu içməkdir. Pomidor suyunun tərkibindəki likopen prostat xərçəngi riskini azaldır. Çuğundur suyu isə aclığınızı idarə edən liflə doludur. Tərəvəz şirəsində adi meyvə şirəsindən daha az şəkər və kalori var. Lakin tərəvəz suyunun tərkibindəki natriuma diqqət yetirin. Tərkibində natrium az olanları seçin.
“Milkshake”: Kalori miqdarı və doymuş yağ turşusu baxımından ən zərərli içkilərdən biri də milkshakedir. Mütəxəssislər xəbərdarlıq edir ki, tərkibində şokoladlı dondurma olan süd kokteylləri qaraciyərin düşmənidir. Tərkibində konservantlar ola bilən bu içkilər piylənməyə səbəb olan qidalar kateqoriyasında hesab edilir.
Meyvə kokteyli: Bu məhsulların çoxunda az miqdarda real şirə var. Onların əsas maddələri su və yüksək fruktoza qarğıdalı siropudur. Bu içkilər bir çox sərinləşdirici içkilərə bənzəyir, kalori və şəkərlə zəngindir, lakin qida dəyəri baxımından zəifdir. Araşdırmalar göstərir ki, şəkərli meyvə içkiləri uşaqlarda piylənmə ilə bağlı sağlamlıq problemlərinə səbəb olur. Mütəxəssislər bu cür içkiləri azaltmağı məsləhət görürlər.
Qazlı içkilər: Mütəxəssislərin illərdir etdiyi xəbərdarlıqlara baxmayaraq, su kimi ən çox istehlak edilən içkilərdir. Yeni bir araşdırmaya görə, gündəlik qazlı içkilər uzun müddətdə alkoqol qədər qaraciyərə zərər verir.
Spirtli içkilər: Müntəzəm olaraq qəbul edilən spirt həm qaraciyər xəstəliklərinə, həm də ən əsası siroza səbəb olur. Uzun müddətli spirt istifadəsində qaraciyər uğursuz olur. Alkoqolun təsiri altında olan başqa bir orqan böyrəkdir. Alkoqol istehlakı böyrəklərin susuzlaşmasına və zaman keçdikcə spirt istehlakı davam edərsə, böyrəklərin ciddi zədələnməsinə səbəb olur. Alkoqolun sinir sisteminə və beyinə verdiyi zərərdən öz payını alır. Alkoqolun zərərlərindən yaddaş itkisi və müxtəlif beyin xəstəlikləri də baş verir. Mədə və bağırsaqlarda qanaxma, təzyiq xəstəlikləri, ürəyin iş rejiminin pozulması da spirtin sağlamlığa zərərləri sırasında saya biləcəyimiz problemlərdir.
100 faiz şirə: Ən yaxşı seçim heç bir dadlandırıcı əlavə edilməmiş 100 faiz şirədir. Bunlar vitaminlər və xəstəliklərlə mübarizə aparan antioksidantlarla doludur. Problem ondadır ki, meyvə şirəsi təbii olaraq çoxlu şəkər və kalori ehtiva edir. Bir kasa təmiz alma şirəsi çox şəkər ehtiva edə bilər. Bu səbəbdən bir çox dietoloqlar gündə yalnız 1 stəkan şirə içməyi məsləhət görür.
Nar şirəsi: Nar şirəsi qidalandırıcı şirələr siyahısında birinci yerdədir. Şəkər və kalorilərlə zəngin olan nar şirəsi yüksək dozada antioksidantlara malikdir. Bu maddələr beyin funksiyalarınızı qoruyur və sizi xərçəngdən qoruyur. Bir araşdırmaya görə, gündə 225 qram nar suyu içmək prostat vəzi xərçənginin təkrarlanmasını azaldır.
Qaragilə suyu: Qaragilədəki maddələr beyninizi sağlam saxlaya bilər. Kiçik bir araşdırmada tədqiqatçılar qaragilənin yetmiş yaşlarında olan yetkinlərin yaddaşına təsirini araşdırdılar. 12 həftə ərzində gündə 2,5 stəkan zoğal suyu içənlərin öyrənmə və yaddaş testlərində nəzərəçarpacaq yaxşılaşma müşahidə olunub. Odur ki, beyninizin sağlam işləməsini istəyirsinizsə, qaragilə suyunu seçin.
Albalı suyu: Albalı şirəsi antiinflamatuar xüsusiyyətlərə malik olmaqla yanaşı, bol antioksidantlara malikdir. Bir araşdırmaya görə, məşqdən əvvəl və sonra albalı suyu içmək məşqdən qaynaqlanan əzələ ağrılarını azalda bilər.
Qırmızı üzüm suyu: Qırmızı üzümün tərkibində flavonoidlər və resveratrol adlı antioksidanlar var. Ona görə də qırmızı üzümün şirəsini içmək lazımdır. Çünki siz toxumları, qabığını birlikdə istehlak edirsiniz. Əgər toxumları çıxarıb meyvəni yesəniz, toxumlarda gizlənmiş qidaları əldən verəcəksiniz.
Portağal suyu: Səhər yeməyinin əsas qidalarından biri olan portağal suyu C vitamini ilə zəngindir. İmmuniteti dəstəkləyən portağal çox vaxt sümükləri gücləndirən kalsium və D vitamini ilə zənginləşdirilir. Şəkərsiz portağal suyu albalı və ya üzüm şirəsindən daha az kaloriyə malikdir.
Uşaqlar və şirələr: Uşaqların çoxu suyu sevir. 6 yaşa qədər uşaqlar üçün gündə 115-170 qram meyvə şirəsi kafi olduğu bildirilir. 7-18 yaşlı uşaqlar üçün 225-340 qram şirə tövsiyə olunur.
SİA məsələ ilə bağlı araşdırma apararaq qida üzrə mütəxəssislərin və dietoloqların fikirlərini öyrənib:
Dietoloq Ceyhunə Yusifova: “Qazlı, şəkərli içkilərin 60 dəqiqə ərzində bizə verdiyi zərər bunlardır:
1. İlk 10 dəqiqə: 10 çay qaşığı qədər şəkər dərhal qanınıza daxil olur. Normal gündəlik dozanın 100 qatına qədərdir. Ürək bulanmasının olmamasının səbəbi tərkibindəki "fosfor turşusudur".
2. İlk 20 dəqiqə: Qan şəkəriniz həddindən artıq yüksəlir. Nəticədə mədəaltı vəzinizdə artıq insulin ifraz olunur və artıq qan şəkəri qaraciyərdə piy şəklində yığılmağa başlayır.
3. 40 dəqiqə ərzində: Bütün kofein dövr edir. Qana daxil olur. Qan təzyiqi yüksəlir, qaraciyərdən daha çox şəkər əmələ gəlir və qana keçir və qan şəkəri yenidən yüksəlir.
4. 45 dəqiqə ərzində: Beyində dopamin istehsalı artır, xoşbəxtlik hissi başlayır (heroinin təsirinə bənzər təsir yaranır.
5. 60 dəqiqə ərzində: Ani aclıq hissi yaranır.
6. Yenə şirniyyatlara hücum edirsiniz.
7. Piylənmə xəstəliyi beləcə baş qaldırır.
Qazlı içkilər orqanizma üçün çox təhlükəlidir. Həm yüksək kofein var tərkibində, həm də çox turşuluğu yüksək olan bir içkidir və orqanizminin PH balansını pozur”.
Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova: “Süni qidalara xüsusilə uşaqlar üçün hazırlanan səhər yeməkləri var ki, bunlara popkorn, kukruzlar, qarğıdalıdan hazırlanan yeməklər daxildir. Bunların insan orqanizminə zərərləri çoxdur. Daha çox da 25 yaşa qədər olan orqanizmə zərərlidir. Çünki orqanizmə lazım olan faydalı qida elemenetləri həmin süni qidaların tərkibində yoxdur. İnkişaf etməktə olan orqanizmə həmin süni qidalar hərtərəfli zərərlərini göstərir. Buraya birinci olaraq qidalanma qaydalarının pozulması aiddir. Çünki onların tərkibində həddindən artıq rəngləndiricilər, dadlandırıcılar, qoruyucu maddələr və onların uzun müddət qalması üçün kimyəvi qatqı maddələri vurulur ki, bunları da uşaq yaşlarında qəbul etdikdə əqli inkişafdan geri qalmaya səbəb olur. Çünki kimyəvi maddələr birinci beyin hüceyrələrini zədələyir və onlara toksik təsirini göstərir. Bu zaman da uşaqlarda diqqət əskikliyi, yerli-yersiz hiperaktivlik, daima özlərində yorğunluq, göz sağlamlığına zərər, depressiya halları olur.
Həmçinin, süni qidalar orqanizmin maddələr mübadiləsini pozur. Bunlara içkilər də aiddir. Bu zaman da bağırsaqlarda porblem yaşanır və immun sistemi zəifləyir. Bu da xəstəliklərə yoxlusma riskini artırır.
Süni qidalar həm də hüceyrələrin funksiyasını zədələyir. Bunlar erkən qocalmağa səbəb olar. Həmin suni qidalar tamamilə həzm olunmur və nəticədə də qaraciyərlə böyrəklərə mənfi təsir göstərir. Hüceyrə funksiyasını pozduğu üçün ən çox xərçəng xəstəliyinə səbəb olur. Yaxşı olar ki, həmin suni qida və süni içkilərdən uzaq duraq. Təbii qidalarla qidalanaq. Rəf ömrü uzun olan qidalar çox zərərlidir və kimyəvi qatqı maddələri ilə zəngindir.
İçkilərin yerinə su və yaxud da dadlandırmaq üçün meyvələr əlavə edə bilərik. Eyni zamanda qışda da isti qaynanmış su ilə az şəkərlki meyvələri suda dadlandıra bilərik. Bunların ən faydalısı nanə-limon-isti su dəmləməsidir. Bir az soyuduqda bal əlavə etsəniz yaxşı olar. Bu immun sistemini gücləndirir, qan dövranını yaxşılaşdırır”.
Dietoloq Leyla Zülfüqarlı: “Biz, ən zərərli qida qrupunda yer alan qidaları saydıqda ilk növbədə “fast-food” və qazlı içkiləri qeyd edirik. Mən həmişə deyirəm ki, şirinçay yaxşı içki deyil. İndi siz düşünün ki, qazlı şirin içkilər necə zərərlidir. Burada güclü yüklü şəkər var. Bu içkilərdə şirinçaydan qat-qat şəkər çoxdur.
İkinci zərər odur ki, qazlı içki olduğu üçün qazı verən maddə karbon oksididir. Bu da çox zərərlidir və orqanizmə heç bir faydası yoxdur. Şirin qazlı içkilərdə də bolca karbon oksidi var.
Üçüncüsü bu içkilərin mənşəyi məlum deyil. Bəziləri sitrus meyvə dadı versə də o meyvənin özü içəcəyin tərkibində olmur. Burada ancaq dadartırıcılar və digər qatqı maddələri olur.
İnsanlar bu içkiləri ona görə davamlı olaraq içirlər ki, onların ağızlarında dağ reseptorları aktivləşir. Nəticə etibarəilə şirkətlərin biznes maraqları təmin olunur. Onlar üçün də insan sağlamlığı deyil, qazanc önəmlidir
Təbiətdə bu içkilərə çox gözəl alternativlər var ki, buraya da təbii su və bitki çayları aiddir”.
SİA araşdırma mövzusu ilə bağlı şəhər sakinlərinin fikirlərini də öyrənib.
Şəhər sakini Aliyə Qarayeva: “Süni qidalar insan orqanizminə mənfi təsir göstərir. Həmçinin bunlar mədə -bağırsaq sisteminə də çox pis təsir edir. Mümkün qədər bu qidalardan, içkilərdən uzaq durmaq lazımdır. Bu içkilər mədəni parçalayır və insan orqanizminə heç bir faydası yoxdur. Ona görə də təbii meyvə şirələri içmək ən düzgün seçimdir.
Ümumiyyətlə, orqanik qidalar orqanizmə faydalıdır, immuniteti gücləndirir. Mən təbii şirələri çox sevirəm. Çünki şirin qazlı içkilər mənə çox pis təsir edir”.
Şəhər sakini Aytac Əliyeva: “Mən daha çox süni qidalara üstünlük verirəm. Əlbəttə ki, süni qidalar orqanizmə çox ziyandır. Bir dönəm həddindən artıq “soyuq çay”dan içdiyim üçün mədəmdə qastritim yaranmışdı və buna da səbəb normadan çox qəbulum idi. Mən düşünürəm ki, bu içkiləri mənfi təsiri olmayan başqa içkilər ilə əvəz etmək olar.
Şəhər sakini Aysu Məmmədova: “Əslində GMO-lu qidaları həyatımızın hər yerində hətta "təbii qidalar" adı altında da görə bilirik. Sözdə bu qidalar insanlığı aclıqdan qurtaracaq, qlobal istiləşmənin qarşısını alacaq. Amma zərərlərindən ümumiyyətlə danışılmır. Bu gün süni ətin istehsalı belə geniş müzakirə mövzusudur. Bu mövzunu dəstəkləyənlər isə ya heyvan sevərlər, ya da heyvanları məhv edən qurumların özüdür. Çox insan normal yanaşır, bəzisi ümumiyyətlə, əhəmiyyət vermir. Çox az insanın buna diqqət etdiyini görürük.
Qaldı ki, mənfi tərəfləri bu sonsuzluqla yanaşı insanda bir sıra xroniki xəstəliklər yaradır. Hətta fərqində olmasaq belə sinir sistemimizə təsir edir. Təbii qidalar tapmaq olduqca çətindir. Çünki bu gün özümüz becərmək üçün aldığımız toxumun belə geni dəyişdirilib. Mümkün olduqca uzaq durub, məcburi hallarda minimum istifadə edilməsi tərəfdarıyam. Xüsusən son dövrlər özümdə mümkün olduqca uzaq qaçmağa çalışıram”.
Şəhər sakini Fatma Abdulla: “Belə qidalardan istifadə edirəm. Dadlarını bəyənirəm. Sözsüz, sağlamlığa ziyanları var. Ona görə də, həftədə bir neçə gün, fasilələrlə qəbul edirəm. Xüsusən də səhər və axşam saatlarında istifadə etməməyə diqqət edirəm”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə