Əsgərlərə qazları görəndə əllərini yuxarı qaldıraraq geri çəkilmək öyrədilir...

...Təlimatlarda qazları qidalandırmaq və ya onlara toxunmaq cəhdləri barədə xəbərdarlıq edilir. Bu, quşların aqressiv olmasına səbəb ola bilər.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Kanada Müdafiə Nazirliyi mülki və hərbi personal üçün qaz sürüsü ilə qarşılaşdıqda nə etməli olduqlarına dair təlimat verib.

Ottawa Citizen-ə görə, hərbçilərdən əllərini qaldırıb yavaş-yavaş geri çəkilmələri istənilir.

Təlimatlar qazları qidalandırmaq və ya onlara toxunmamaq barədə xəbərdarlıq edir, çünki bu, quşların aqressiv olmasına səbəb ola bilər.

Bir qaz hücum edərsə və ya fısıldarsa, daha böyük görünmək üçün əllərinizi qaldırmalı və yavaş-yavaş geri çəkilməlisiniz, təlimatda belə deyilir.

Bu tövsiyələrin səbəbi vəhşi qazların nazirliyin Ottavadakı kompleksinə səpələnməsi olub. Quşlar orada yuva salmağa başlayıblar; martdan maya qədər onlarla qaz ora axışır. Hərbçilər qeyd ediblər ki, quşlar nəsil gözlədikləri üçün özlərini aqressiv aparırlar.

Zabitlər qazların hücumuna məruz qalmaqdan qorxaraq ərazidə sərbəst gəzə bilmədiklərindən rəislərinə şikayət etməyə başlayıblar.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə