Məşhur snooker oyunçusu Cadd Trump bir mövsüm ərzində 100 sençuri (bir cəhddə 100+ xal seriyası) seriyasə çüəyyənləşdirib. SİA xəbər verir ki, Tramp bu unikal nəticəyə görə “World Snooker Tour”dan 100 min funt-sterlinq bonus alacaq. Bu barədə WST-nin mətbuat xidməti məlumat yayıb. Tramp bu nəticəyə snooker üzrə dünya çempionatının 2-ci raundunda Şon Mörfi ilə görüş zamanı nail olub. 35 yaşlı idmançı karyerasında ikinci dəfə bir mövsümdə 100 sençuri edir. İngilis bu uğura ilk dəfə 2019/20 mövsümündə nail olub.
Bütün xəbərlər Facebook səhifəmizdə