...Avropa liderləri Ukrayna prezidenti Vladimir Zelenskinin dəvətinə baxmayaraq, mayın 9-da Kiyevə gəlməyəcək.
SİA xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Onun sözlərinə görə, Polşanın baş naziri Donald Tusk Fransa prezidenti Emmanuel Makronla təhlükəsizlik sazişi imzalamaq üçün Fransanın Nansi şəhərinə gedəcək.
Eyni zamanda, onun britaniyalı həmkarı Keir Starmer həmin gün Osloda keçiriləcək müdafiə sammitində iştirak etməyi planlaşdırır və Almaniyanın gələcək kansleri Fridrix Merz tək getmək istəmir.
Bundan əvvəl bildirilmişdi ki, Zelenski mayın 9-da Avropa ölkələrinin liderlərini Ukrayna paytaxtına dəvət edib. Ukrayna prezidentinin sözlərinə görə, Avropa liderlərinin bu tarixdə Kiyevdəki görüşü “Moskvada illik hərbi parad fonunda diplomatik güc nümayişi” olmalı idi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə