Romada Türkiyə ilə İtaliya arasında 4-cü Hökumətlərarası Zirvə görüşü başlayıb. SİA xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İtaliyanın baş naziri Corca Meloninin sədrliyi ilə “Villa Pamphili Residence”-də keçirilən sammit mətbuata qapalı keçirilir.
Liderlərin ikitərəfli münasibətlərin bütün aspektlərini müzakirə edəcəyi və müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün addımlar atacağı gözlənilir.
Sammitdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş, gənclər və idman naziri Osman Aşkın Bak, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, milli müdafiə naziri Yaşar Gülər, sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır və ticarət naziri Ömər Bolat iştirak edir.
Görüşdən sonra iki ölkə arasında müxtəlif sahələrdə yeni əməkdaşlıq müqavilələrinin imzalanması gözlənilir. Sammitin məqsədi Türkiyə-İtaliya əlaqələrini sürətləndirmək və strateji tərəfdaşlığı daha da inkişaf etdirməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə