...Hadisə şahidləri Moskvanın cənubunda çoxmərtəbəli binada baş verən yanğını videoya çəkiblər.
SİA-nın məlumatına görə, müvafiq kadrları “Ehtiyatlı ol, Moskva” Telegram kanalı yayıb.
Fövqəladə hadisə Borisovski proezd 16 ünvanında baş verib. Bir mənzil yanıb. Görüntülərdə evin pəncərəsindən qara tüstünün çıxması görünür.
“Moskva Agentliyi” Telegram kanalının məlumatına görə, yanğın binanın 17-ci mərtəbəsində baş verib. Ev sahibi təkbaşına evdən çıxa bilib və hazırda həkimlər tərəfindən müayinə olunur.
Yanğının səbəbi məlum deyil. Həmin gün Moskva vilayətində neft bazasında partlayış baş verib; iki nəfər yaralanıb. Zərərçəkənlərdən birinin vəziyyətinin ağır olduğu məlum olub; hər ikisi rayon klinik xəstəxanasına yerləşdirilib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə