Azyaşlı uşaqlar niyə narkomaniyanın qurbanı olurlar? - PSİXOLOQ AÇIQLADI

Azyaşlı uşaqlar niyə narkomaniyanın qurbanı olurlar? - PSİXOLOQ AÇIQLADI

“Təbiidir ki, ailələrdən çox şeylər asılıdır. Azyaşlı uşaqların bu şəkildə narkomaniya qurbanı olmalarının əsas səbəblərindən biri də elə ailədir”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Psixoloq Aytən Ələkbərova qeyd edib ki, ailədə böyüyən, təməli qoyulan uşaqlar haqqında bu düşüncələri düşünməyimiz belə qeyr-peşəkarlıq olar: "Çünki, biz müqayisə aparırıq ki, daha çox hansı tip azyaşlılarda bu özünü göstərə bilir. Təbii ki, valideyn və müəllim diqqətindən kənarda qalan uşaqlarda biz bunu rahatlıqla sezə bilirik. O ki qaldı azyaşlıların narkomaniyaya qurşanması, ilk öncə məktbəbdəki yeniyetmələrdə artıq özünü göstərə bilir. Bilirik ki, hər bir şəxsiyyətin yeniyetmə dövrü, onun adlandırdığımız böhran dövrüdür. Hansı ki, bu insanlar başqa adamların yanında onlara qarşı iradların tutulmasından xoşlanmırlar".

Psixoloq vurğulayıb ki, yadda saxlamaq lazımdır ki, belə xüsusiyyətlər çox həssaslıqla dərk olunan şəxsi ləyaqət hissindən, yeniyetmənin bir növ öz şəxsiyyətinin alçaldılmasına, təhqir olunmasına, müstəqilliyinin əlindən alınmasına heç bir ixtiyar verilməyən adam hesab etməsindən irəli gəlir ki, bu da onlarda həmin vaxt zərərli vərdişlərə doğru addımlamağa başlayır: “Çünki, yeniyetmədə “nə vaxt nəyi necə etmək lazımdır", "kimlə dostluq edəcəyimi mən özüm bilərəm", "mənim şəxsi işimdir, mənim işimə qarışmayın” və s. bu kimi qəbildən olan sözləri tez-tez eşitmək olar. Təbiidir ki, belə uşaqlıq dövründə formalaşan böyüklərlə qarşılıqlı münasibət forması aşkara çıxmalıdır ki, onların tamamilə yeni qarşılıqlı münasibət formasına keçməyə can atan, beynində yaratdıqları bir proqram var ki, o proqrama rahatlıqla daxil olmağı bacarmaq lazımdır. Bunu necə etməliyik? Bunu bir valideyn öz övladı ilə zor tətbiq edərək həyata keçirir. Dava-dalaş ilə, öz övladını dünyaya gətirsə də onu psixi xüsusiyyətini anlamadan bunu edir. Həmin valideyn bir peşəkara yönəlsə, bu bəlalardan uzaq ola bilər və övladını qurbana çevirməz”.

Aytən xanım onu da əlavə edib ki, digər tərəfdən məktəblərdə mütləq şəxildə məktəb psixoloqları digər peşəkar psixoloqları da məktəbə dəvət etməlidirlər: “Biz eyni zamanda polis orqanlarında yeniyetmələrlə işləyən inspektorlarla bərabər bu maarifləndirmə işlərini mütləq şəkildə aparmalıyıq. Biz övladımızla və eyni zamanda apardığımız maarifləndirmə işinin içərisində olan uşaqlarla dostluq etməyi bacaracayıqsa, biz bunun qarşısını çox gözəl alacayıq”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə