Qloballaşma prosesi, sosial həyata NECƏ TƏSİR EDİR?- SOSİOLOQ MÜNASİBƏT BİLDİRDİ
“Bildiyimiz kimi, qloballaşma beynəlxalq səviyyədə ölkələrin inteqrasiyasının ən yüksək mərhələsi hesab olunur. İqtisadi, mədəni, sosial və bir çox sahələrdə iç-içə inteqrasiyanın olması qloballaşma hesab olunur”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında sosioloq Lalə Mehralı deyib.
.jpg)
“Xüsusilə də, informasiya sahəsində qloballaşma, dünya ölkələrində ən yüksək səviyyədədir, yəni informasiyanın qloballaşması mədəniyyətlərin, sosial həyatın, iqtisadiyyatın inteqrasiyasına təkan verir. Sosial həyata təsiri haqqında isə hesab edirəm ki, insanlar qloballaşma dövründə çox şey əldə etdilər. Biz əvvəllər məhdud çərçivədə yaşayırdıq, dünya ölkələrini, fərqli insanları çox da tanımırdıq, çünki inteqrasiya yox idi. Biz qloballaşma sayəsində daha çox məlumatlı olduq, daha çox mədəniyyətləri tanıdıq. Bu da təbii ki, sosial həyatımızda bizə çox şey qazandırdı. Biri var dar çərçivədə həyatımızı yaşayaq, biri də var genişləndirilmiş, hüdudları olmayan, sərhədləri təyin edilməyən formada yaşayaq. Burada informasiyanın rolunu danmaq olmaz, yəni hər şey qloballaşdığı kimi inteqrasiya olduğu kimi, informasiyanın inteqrasiyası hüdudsuz, sərhədsiz oldu. Bunun sayəsində də insanlar daha geniş məlumat çərçivəsinə malik oldu. Müasir qloballaşma dövründə insanın nüfuz edə bilməyəcəyi yer qalmayıb. Çünki buna informasiya qloballaşması şərait yaratdı. Biz bu səbəbdən də dünyanın hər yerində özümüzə çevrə, əhatə qura bilirik. Dolayısı ilə qloballaşma insanın sosial həyatına olduqca yaxşı yöndən təsir edir. Xüsusilə də, fiziki məhdudiyyəti olan insanların sosial həyatında qloballaşmanın çox böyük dəstəyi var. Onlar sıxılanda evdən kənara çıxmırlarsa, stiqma ilə üzləşirlərsə, sosial çevrənin bolluğu onlara stiqmadan qurtulmağın yollarını təklif edir, yəni virtual mənada onların sosial həyatı daha da keyfiyyətli olur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB