Şəhid ailələri və qazilər üçün yeni vergi güzəştləri layihəsi...

...Vətən müharibəsi iştirakçılarının banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlir gəlir vergisindən azad edilib

Milli Məclis Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvləri və qazilər üçün yeni vergi güzəştləri layihəsini qəbul etdi. Qərara əsasən, Vətən müharibəsi iştirakçılarının da banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlir gəlir vergisindən azad edilib.

Şəhid olmuş şəxslərin ailə üzvlərinə və hərbi əməliyyatlar nəticəsində əlil olmuş hərbi qulluqçulara və mülki şəxslərə dövlət tərəfindən göstərilən diqqət və qayğının davamı olaraq bu kateqoriyaya aid fiziki şəxslərə verilən və məqsədli təyinatından asılı olmayaraq maddi yardımların 20.000 manatadək olan hissəsinin gəlir vergisindən azad edilir.

SİA xəbər verir ki, Milli Məclisin deputatı Azər Badamov Vətən müharibəsində əsgər və zabitlərimizin göstərdikləri şücaəti sayəsində torpaqlarımız düşmən işğalından azad olunduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan ordusunun rəşadətli döyüşləri dünya hərb tarixinə bir yenilik gətirdi.

"Təəssüf ki, müharibədə gənc, igid oğullraımız şəhid oldu və öz sağlamlıqlarını itirdilər. Dövlətimiz şəhid ailələri və Vətən müharibəsi əlilərini daima qayğı ilə əhatə edir. Şəhid ailələrinə və Vətən müharibəsi əlillərini mənzillə təmin edilməsi üçün xüsusi dövlət proqaramı qəbul olunmuş və 2025-ci ilə qədər təmin edilməsi nəzərdə tutulmuşdur. Dövlətimiz şəhid ailələrinə maddi yardımlar göstərmiş, qazilərin sağlamlıqarının bərpası üçün müxtəlif tədbirlər həyata keçirilir. Qazilər avtomobillərlə təmin olunur, bu kateqoriyadan olan şəxslərin məişət problemlərinin həllində dövlət dəstəyi göstərilir. Həm də qanunvericilikdə şəhid ailələri və qazilərin sosial vəsiyyətinin yaxşılaşmasına xidmət edən müəyyən dəyişikliklər olunur. Milli Məclisin 3 dekabrda keçirilən iclasında vergi məcəlləsində edilən dəyişikliklərdə də şəhid ailələri və qazilərə vergi güzəştlərin edilməsi nəzərdə tutulmuşdur. Beləki, edilən dəyişikliklərə görə şəhid ailəsinin üzvülərinə və Vətən müharibəsində aldığı yarlardan əliliyi tədsdiq olunmuş hərbiçilərə verilən maddi yardımın 20 min manatadək olan hissəsi gəlir vergidən azad edilir. Vətən müharibəsində şəhid olmuş və ya əlil olmuş şəxslərin banklara və ya kredit təşkilatlarına olan borcunun silinməsindən əldə edilən gəlir gəlir vergidən azad edilir", - deyə millət vəkili qeyd edib.

Deputat bildirib ki, bu gün işğaldan azad edilmiş ərazilər yenidən bərpa olunur. İndiki zamanda dövlət büdcəsindəki gəliri və xərclərə təsir edəcək hər bir manat həmişəkinmdən də çox vacibdir.

"Baxmayaraq ki, dövlət büdcəsi böyük xərclərlə qarşəlaşmış və gəlirin hər bir manatı dəyərlidirş Amma buna baxmayaraq Vətən uğrunda canından keçmiş şəhidlərimizin və qazi oğullarımızın xidmətləri hər şeydən üstün tututlur və belə bir vacib dövürdə də bu kateqoriyadan olan şəxlərlə bağlı vergi güzəştləri tətbiq olunur. Düşnürəm ki, dövlətimizin iqtisadi gücü artdıqca bu həssas kateqoriyadan olan şəxlərlə bağlı yeni dəstək proqramları da icra olunacaqdır. Ölknin ərazi bütövlüyü uğrunda düşmən gülləsinin qabağına sinə vermiş şəxslərin xidmətləri dövlətimiz heç vaxt unutmayacaqdır", - deyə A.Badamov qeyd edib .

Milli Məclisin deputatı Elşən Musayev isə , Vətən Müharibəsində şəhid olmuş şəxslərin ailə üzvləri və qazilər üçün müəyyən edilmiş yeni vergi güzəştləri dövlətimizin bu dəyərli insanlara, öz qəhrəmanlarına olan münasibətinin əyani göstəricisi olduğunu deyib.

"Eyni zamanda hesab edirəm ki, bu addım müqəddəs şəhidlərimizin ailə üzvlərinin və qəhrəman qazilərimizin sosial, maddi vəziyyətinə də mütləq öz müsbət təsirini göstərəcək.

Azərbaycan müharibədən yeni çıxıb. Dövlətimiz kimsənin köməyi olmadan öz gücünə işğaldan azad olunmuş torpaqlarda quruculuq işləri aparır. Amma bununla belə digər vacib məsələlər də unudulmur. Şəhidlərimizin ailə üzvləri, dəyərli qazilərimiz diqqətdən kənarda qalmır. Onlar daim dövlətin nəzərindədir. Qanunvericiliyə edilən dəyişikliklərdə də bu prioritet, bu xətt hər zaman əsas götürülür, bütün mümkün variantlar hesablanır ki, şəhidlərimizin ailə üzvləri və qazilərimiz üçün daha faydalı bəndlər, nüanslar məlum qanunvericilikdə öz əksini tapsın. Milli Məclisin 3 dekabr tarixli iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan Vergi məcəlləsinə dəyişikliklər də məhz həmin qəbildəndir", - deyə o qeyd edib.

Deputat əlavə edib ki, şəhidlər bizim müqəddəslərimizdir. Onların ailələri isə bu dövlətə əmanətdir. Dövlət də öz əmanətinə sahib çıxır, bu qəhrəmanların ailələrini və əziz, fədakar qazilərimizi daim öz qayğısı ilə əhatə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...