Ehtiyac meyarının həddi ilə bağlı qanun layihəsi təsdiq edilib - RƏSMİ

Milli Məclis “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsini son oxunuşda təsdiq edib.

SİA-nın məlumatına görə, layihədə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat məbləğində təsdiq edilməsi təklif edilib.

Təklif səsverməyə qoyularaq son oxunuşda qəbul olunub.

Qeyd edək ki, 2021-ci il üzrə ehtiyac meyarı 170 manat təşkil edib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə