İtaliya və İspaniyanı qarlı hava cənginə alıb

İtaliyanın mərkəzi və cənubunda yağış, qar və güclü küləkl səbəbindən Cənubi Kampaniya və Kalabriya bölgələrində "narıncı" hava xəbərdarlığı elan edilib.

SİA xəbər verir ki, yeddi bölgə daha aşağı səviyyəli "sarı" hava xəbərdarlığı altındadır. Bunıar Abruzzo, Bazilikata, Latsio, Molise, Sardiniya, Siciliya və Umbria bölgələridir.

Güclü yağışlar çayların məcrasından çıxma riskini artırdığı üçün Basklar Ölkəsi və Kantabriyanın şimal bölgələri üçün daşqın xəbərdarlığı elan edilib. İspaniyanın şimalında yerləşən Nervion, Kadaqua və Ason çaylarının daşması nəticəsində, bir neçə şəhərin küçələrini su basıb.

Bütün xəbərlər Facebook səhifəmizdə