“Bir ağac-min nəfəs” devizi altında vətəndaşlara ağac tingləri paylanılıb

25 noyabr 2021-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BRAVO marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə Bakının Binə qəsəbəsində fəaliyyət göstərən BRAVO marketi ziyarət edən alıcılara ağac tingləri hədiyyə edilib.

Ağac əkilməsinin təşviqi məqsədilə keçirilən tədbirdə ekokönüllülər tərəfindən vətəndaşlara ağac tinglərinin əkilməsi və qulluq göstərilməsi qaydalarına dair məlumatlar da verilib.

Qeyd edək ki, bu gündən start götürən tinglərin paylanılması aksiyaları Bakıda və bölgələrdə növbəti günlərdə də davam etdiriləcək.

ETSN bütün təbiətsevərləri bu aksiyalarda fəal iştirak etməyə, ağac əkməyə və qorumağa çağırır.

Bütün xəbərlər Facebook səhifəmizdə