Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi təsdiq edilib. SİA-nın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Belə ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat məbləğində təsdiq edilməsi təklif edilib.
Təklif səsverməyə qoyularaq ikinci oxunuşda qəbul olunub.
Qeyd edək ki, 2021-ci il üzrə ehtiyac meyarı 170 manat təşkil edib.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB