Fransada yoxsulların sayı artmaqdadır

Fransada 9,3 milyon insan yoxsulluq həddində yaşayır.

SİA xəbər verir ki, Fransa Statistika və İqtisadi tədqiqatlar Milli İnstitutunun (İNSEE) hesablamalarına görə, yoxsulluq həddinin altında yaşamaq ayda 1100 avrodan az pulla yaşamaq deməkdir.

Ötən il COVID-19 pandemiyası ilə bağlı həyata keçirilən dəstək tədbirləri sayəsində bu rəqəm stabil qalıb. İNSEE hesab edir ki, dövlət dəstəyi ölkədə yeni 400 min insanın yoxsulluq həddi altında yaşamaqdan xilas edib.

İNSEE-nin tədqiqatlar üzrə direktoru vurğulayıb ki, dövlət yardımı bir çox fransızı yoxsulluqdan xilas etsə də, onların yoxsulluğa, qeyri-müəyyənliyə və buna görə də əlavə çətinliklərə düçar olmasının qarşısını almayıb. Assosiasiyalar ərzaq yardımı üçün müraciətlərin 10 faiz artdığını qeyd ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə