YAP Nəsimi rayon təşkilatı “Dəmir yumruq” adlı fləşmob keçirib

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı 8 Noyabr - Zəfər Gününə həsr olunan “Dəmir Yumruq” adlı fləşmob keçirib. SİA-nın məlumatına görə, qış parkında baş tutan fləşmobda qazilər, universitet tələbələri, gənclər təşkilatlarının fəal üzvləri iştirak ediblər. Dörd yüzə yaxın gənc həm Azərbaycanın xəritəsi və içərisində “Qarabağ Azərbaycandır!” yazısını, həm də tarixi zəfərimizin əsas rəmzlərindən hesab olunan “Dəmir yumruq” simvolunu canlandırıblar.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə ölkənin bir sıra bölgələrində Zəfər gününə həsr olunan fləşmoblar keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə