"Övladlarını götürmək bəhanəsi ilə yolu kəsməsinlər" - BŞDYPİ-NİN ŞÖBƏ RƏİSİ AÇIQLADI

"Səhər saatlarından paytaxtın bəzi bölgələrində, o cümlədən Sumqayıt, Abşeron, 20 yanvar-Şamaxinka kimi tanınan ərazisində yağmurlu hava şəraiti olduğundan bəzi yollarda sıxlıq yaşanıb. Eyni zamanda Babək prospektinin 10-cu zavod dairəsi ilə kəsişən hissəsində təxminən 5-7 dəqiqə sıxlıq yaranıb". Bu sözləri SİA-ya açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, ən azı ərazidə boş yer olduğu halda, ikinci cərgədə, üçüncü cərgədə nəqliyyat vasitəsini saxlayıb dərsdən çıxan övladlarını götürmək bəhanəsi ilə yolu kəsməsinlər, əvvəldən getdiyi yollar üzrə istiqamət götürsünlər".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...