YAP gənclərimizin hərtərəfli inkişafı üçün ən böyük platformadır - FOTOLAR

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyev Şamaxı rayonunda Partiyanın fəal gəncləri ilə görüşüb. SİA-nın verdiyi məlumata görə, Yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunan gənclərin ölkəmizin ictimai-siyasi həyatında xüsusi fəallığı ilə seçildiyini bildirən Fəsli Nəbiyev qeyd edib ki, ulu öndər Heydər Əliyev ideyalarına sədaqət, dövlətə və dövlətçiliyə bağlılıq, Prezident İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəkləmək gənclərimizin əsas xarakterik keyfiyyətləridir. Eyni zamanda, gənclər YAP-ın sıralarında təmsil olunmaqla öz fəallıqlarını yüksək vətəndaş mövqeyi sərgiləyərək cəmiyyətə təqdim edirlər.

YAP Gənclər Birliyinin fəaliyyətinin əsas özəlliklərindən biri də burada həm də partiya üzvü olmayan gənclərin ölkənin ictimai həyatında rol oynamasına şərait yaradılmasıdır. Bu baxımdan həyata keçirilən layihə və tədbirlərdə bitərəf gənclər də faydalanırlar.

F. Nəbiyev qeyd edib ki, Yeni Azərbaycan Partiyası bu gün gənclərimizin hərtərəfli inkişafı üçün ən böyük platformadır. Partiyada təmsil olunan gənclər burada yüksək təcrübə əldə etməklə ölkəmizin gələcək qurucuları olaraq formalaşırlar.

Görüşdə gəncləri maraqlandıran çoxsaylı suallar da cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə