Masallının qarğıdalı sahələrindən 197,5 ton məhsul yığılıb

Masallılı fermerlər bu il 59,5 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər. Hazırda təsərrüfatlarda qarğıdalı yığımının qızğın çağıdır. İndiyədək sahələrdən 197,5 ton dən qarğıdalı yığılıb. Hər hektardan orta məhsuldarlıq 33,2 sentner təşkil edir.

Bu barədə Masallı Rayon Statistika İdarəsindən məlumat verilib.

Qeyd edək ki, rayonun fermerləri ötən il 65,5 hektar qarğıdalı sahəsindən 217,1 ton məhsul istehsal ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə