Deputatın məsələsinə Milli Məclisdə - BU TARİXDƏ BAXILACAQ

İyulun 31-də Milli Məclisin sədri Sahibə Qafarova parlamentin 53 deputatının tələbi ilə Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən 2021-ci il avqustun 3-də Milli Məclisin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya bildirilib ki, növbədənkənar sessiyanın gündəliyinə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında məsələ daxil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə