Tovuzda uşaq bağçasında ciddi təhlükə - VİDEO

Tovuzda uşaq bağçasında ciddi təhlükə - VİDEO

Tovuz rayon Aşağı Quşçu kənd 1 saylı Körpələr evi uşaq bağçasının fəaliyyəti bir müddətlik dayandırılıb. Buna Körpələr evində çalışan qadının koronavirusa yoluxması səbəb olub. SİA-nın verdiyi məlumata görə, bağçanın işçi heyəti yoxlanışdan keçirilib və bina tam şəkildə dezinfeksiya olunub. Tovuz rayon Gigiyena və Epidemiologiya mərkəzindən verilən məlumata görə, buradakı işçilərdən götürülmüş analizlərin cavabı neqativ çıxdığı halda bağçanın fəaliyyəti yenidən bərpa ediləcək .

Müəllif: Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə