Bugün Su İdmanı Sarayında Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, ASAN xidmət və Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə I ASAN xidmətin qadın əməkdaşları arasında voleybol turniri keçirilib. SİA xəbər verir ki, 10 ASAN xidmət komandasının iştirak etdiyi turnirdə I yerə Sumqayıt komandası, ll yerə Bərdə, III yerə isə ASAN xidmət idarəsinin komandası sahib olmuşdur. Yarışlar maraqlı idman rəqabəti mühitində keçib.
Tədbirin bağlanış mərasimində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin Rəisi Raqif Abbasov, ASAN xidmətin sədri Ülvi Mehdiyev, Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti çıxış edərək qalib komandaları təbrik etmişlər, bu yarışın davamlı olması və gələcəkdə daha çox komandalar arasında keçirilməsi arzulanıb.
Kəmalə Təyyarqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB