Doğru partnyor seçimi necə olmalıdır? - MƏSLƏHƏT

Bəzi qadınlar həmişə özlərinə bənzəyən və günün sonunda əsəbləşdirən insanlara aşiq olurlar. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu vəziyyəti sanki qismətləri kimi qəbul edirlər. Ancaq bu qəbulun özü səhv bir hərəkətdir. Uzaqdan özünüzə və sevdiyiniz insana baxın. O zaman başa düşəcəksiniz.

Ətrafımızda münasibətlərində gülümsəməyən və eyni problemlərdən şikayətlənən qadınlar var. Hətta sən də ola bilərsən. Yanlış münasibətlərdə yaşamaq həyatın bir hissəsi olmamalıdır. Dayanaraq yenidən başlaya bilərsiniz. Bəs necə? Əlbətdə ki, partnyor seçiminizi nəzərdən keçirərək və bu şəxsiyyət xüsusiyyəti olan insanlardan yayınaraq.

Hər şeydə səhv axtaran

Bu tip insanlar heç nəyi sevmirlər və səni də bəyənmirlər. Onların həyata baxışları davamlı tənqid və mühakiməyə əsaslanır. Sevgidən kor olsanız da, bir müddət sonra bu vərdişlər sizi narahat edəcək və onlardan tez uzaqlaşacaqsınız. Heç olmasa psixologiyanız pozulmasın.

Hər şeyi mən bilərəm

Mənəm deyərək başlayanlarla kral olduqlarını düşünənlər kraliça deyil, kölə olursunuz. Zamanla yaxşılaşan kimi görünən sözlərlə özünüzü təsəlli etməyin, çünki yaxşılaşdırmaq istəyənlər onsuz da yaxşı olardı. Başqasının sehrli çubuğuna və ya qurtarmasına heç kim ehtiyac duymasın.

Pis vərdişlər

Bir münasibətdə sədaqət gözləmirsinizsə, başqa şeydir. Ancaq əvvəllər bəyəndiyiniz bu münasibətlər bir müddət sonra sizi dəli edə bilər və özünüzü dəyərsiz hiss edə bilərsiniz. Evlənmək niyyətiniz varsa,o mərhələ biraz çətindir ...

Ana quzusu

Hər addımını anasının dəstəyi ilə atan bir insanın həyatında yalnız üçüncü insan olaraq qalırsan. Ayaqları üzərində dayana, ailəsini və öz azadlığını tarazlaya bilməyən insanla münasibət qurmaq həqiqətən vacibdirmi?

Sevdiyim üçün qısqanıram

Ən çox deyilən yalan- onu sevdiyim üçün qısqanıramdır. Kiçik qısqanclıq münasibətə hərəkət gətirsə də, təzyiqçi münasibətlər sizi həyatdan uzaqlaşdıra bilər.

İşləyib nə edəcəksən?

Qadının iqtisadi azadlığını pozmağa çalışan insanlardan dərhal uzaqlaşın. Şəxsi böyüməsini tamamlamayan, ortağının yüksəlməsinə dözə bilməz. Ən yaxşısı öz qanadlarına inanı və heç vaxt kişinin maddi hökmranlığına güvənmə.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə