"Günəş şüalarının altında gəzməyin əks təqdirdə..." MÜTƏXƏSSİS XƏBƏRDARLIQ ETDİ

"Günəş şüalarının altında gəzməyin əks təqdirdə..." MÜTƏXƏSSİS XƏBƏRDARLIQ ETDİ

“Ümumiyyətlə günəşin orqanizmə təsirləri haqqında uzun illərdir bir çox fikirlər var. Günəş orqanizm və həyat üçün çox faydalıdır. Lakin, təbii ki, günəşin istiliyindən və şüalarından düzgün yararlanmaq lazımdır. Bunun üçün də ən əsas məsələ dəri rəngi çox önəmlidir ki, günəşin ona təsirini tam dəqiq dəyərləndirə bilək. İndiki vəziyyətdə, yəni inkişaf edən dünyada hər zaman deyilir ki, günəş şüaları dəri xərçənginə və ya dəridə digər xəstəliklərin yaranmasına səbəb olur. Deyərdim ki, bu heç də günəşdən qaynaqlanmır. Sadəcə olaraq, günəşdən yalnış yararlanmaqdan yaranır. Ona qalsa, ilk dövrlərdə insanların çoxu yarıçılpaq və gün ərzində daha çox günəş şüalarına məruz qalırdılar. Halbuki, heç bu vəziyyətdə belə xəstəliklər ortaya çıxmamışdı. Ona görə də, mütləq hal-hazırdakı dünyada insanlar daha çox qapalı məkanlarda vaxt keçirdiyi üçün onlarda günəş şüaları ilə birbaşa təmas olmur. Orqanizmdən birinci D vitamini əksikliyi ortaya çıxır ki, bu vitamin də orqanizm üçün çox faydalıdır”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, Azərbaycan üçün günəşdə qalmağın ən faydalı vaxtı səhər tezdən günəş çıxdıqdan saat 11-12-nin yarısına kimi, 12-nin yarsından 3-4-ün yarısına kimi isə ən təhlükəli vaxt hesab olunur: “Bu zamanlarda artıq günəşdə olmamaq lazımdır. Saat 4-dən sonra isə günəş şüalarından faydalana bilərik. Kölgəmizin ən uzun olduğu vaxt zərərli, ən qısa olduğu vaxt isə orqanizmimizin D vitamini alması üçün faydalı zamandır. Yəni bu saatlarda günəşlənmək yaxşıdır. Yayda qapalı geyinmək D vitamini qəbul etməyə maneə olacaq. D vitamininin artması immun sistemini gücləndirərək, bir çox xəstəliklərin qarşısını almağa kömək edir”.

Mütəxəssis sözlərinə davam edərək qeyd edib ki, yayda mütləq şəkildə ən azı yarım saat günəşdə qalmalıyıq: “Bu bizə dərman qəbulu qədər vacibdir. Bundan əlavə hamilələr, südverən qadınlar və körpə uşağı olanlar buna daha çox diqqət etməlidir. Çünki, bu qrup daha həssasdır və onlarda immun sisteminin aşağı düşməsi ilə xəstəliklərə yoluxma daha sıx olur. Bəzən şahidi oluruq ki, hamilə qadınlar ya zəiflikdən, ya da imkansızlıqdan günəş şüaları altında çox olmur. Bu da körpədə sarılıqla bağlı doğulma faktlarına səbəb olur. Sarılıqla doğulan uşaqlar ultrabənövşəyi şüalar altına qoyulurlar. Ona görə də gələcəkdə uşaqların xəstələnməməsi üçün bu nüanslara fikir verməliyik. Eynilə də doğulmuş körpələrin sümüklərinin bərkiməsi və əzələlərin sağlam inkişafı üçün hər gün günəş şüaları altında olaraq, D vitamini qəbul edilməlidir”.

Mütəxəssis sözlərinə belə davam edib: “Təbii ki, günəş şüalarını qədərindən çox qəbul etmək ziyandır. Açıq havada çalışan fəhlələr, dənizçilər və əkinçilər bu cəhətdən çox əziyyət çəkir. Uzun müddət günəş şüası altında qalmaq dəridə yanmalara, erkən qırışmaya səbəb ola bilər. Bu kimi işlərdə çalışanlar şüadan qorunmaq üçün geyimlərinə diqqət etməlidir. Onlar təbii parçadan hazırlanmış paltar geyinməlidir ki, bədənin nəfəs alması təmin olunsun. Buna pambıq, kətan və digər keyfiyyətli parçalar daxildir. Dərinin açıq qalan hissəsində isə günəşdən qoruyucu kremlərdən istifadə etmək olar. Lakin, mən bu kremlərdən istifadəyə qarşıyam. Çünki, həmin kremlər həddindən artıq kimyəvi qatqı maddələrindən ibarətdir və bunlardan mütəmadi istifadə etmək dərinin nəfəs almasının qarşısını alaraq zərər verir. Bu kremlər qırışların və xəstəliklərin yaranmasına səbəb olur. Əvvəl bu kremlər 6, 15, 30 SPF çıxırdısa, indi hətta 100-ə qədər SPF çıxır ki, bu da dəri üçün çox zərərlidir. Əgər tətildəyiksə və günəş həddindən artıq çoxdursa 15, 20 və 30-a qədər SPF kremdən istifadə etmək olar. Lakin, burda bir nüans var. Əgər bu kremdən istifadə edəcəyiksə mütləq əvvəlcə təmiz dəriyə zeytun və ya çörətotu yağı tətbiq etməliyik. Əks halda o kremlərin dəri ilə birbaşa təması çox ziyanlıdır.

Son olaraq da onu qeyd edim ki, bəzi qidalar da günəşdən qoruyur. Bunlara antioksidant tərkibli rəngarəng meyvə-təvəzləri misal göstərmək olar. Su miqdarını da unutmamalıyıq. Bədənimizin susuz qalmamasına diqqət etməliyik”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə