Ceyhun Bayramov Avstriya-Azərbaycan Əməkdaşlıq Şurasının üzvləri ilə görüşüb

Ceyhun Bayramov Avstriya-Azərbaycan Əməkdaşlıq Şurasının üzvləri ilə görüşüb

Avstriyaya işgüzar səfəri çərçivəsində xarici işlər nazir Ceyhun Bayramov Avstriya Azərbaycan Ticarət Palatası, Avstriya Azərbaycan Əməkdaşlıq Şurasının nümayəndələri ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən SİA-ya verilən məlumata görə, görüşdə nazir münaqişədən sonra regionda yaranmış yeni reallıqlar, işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması, qeyd olunan ərazilərdə yeni texnologiyaların tətbiqi ilə "yaşıl enerji zonasının" yaradılması, "ağıllı şəhər" və "ağıllı kənd" layihələri barədə məlumat verib.

Avstriya şirkətlərinin qeyd olunan layihələrdə iştirakı mümkünlüyü qeyd olunub və bu xüsusda konkret təkliflərin irəli sürülməsi məsləhət görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə