Qısa boylu xanımlara paltar seçimində - TÖVSİYYƏLƏR

Qısa boylu xanımlara paltar seçimində - TÖVSİYYƏLƏR

Bir sıra qaynaqlardan əldə etdiyimiz məlumatlar və araşdırma nəticəsində qısa boylu (minyon) xanımlar üçün ideal geyim tərzinin seçilməsində onlara köməkçi olacaq məlumatlar topladıq. Məlumatlara keçməmişdən öncə -qısa boylu ya da minyon görünüşlü olmaq geyimlərdə ixtisarlara getmək anlamına gəlməməlidir- fikrinə sizi inandıraraq başlamaq qərarına gəldik. SİA xəbər verir ki, yüksək belli geyimlərdən çəkinməyin- İnsan bədəninin simmetriyası ilə əlaqədar olaraq yanıldıcı görünüşlər ortaya çıxa bilir. Əsasən uzun ayaqların insanı olduğundan daha uca göstərdiyi bəllidir. Bu səbəbdən də yüksək belli geyimlər sizi olduğunuzdan daha uca göstərəcəkdir.

Şalvar geyimində xüsusi ilə diqqətli olmalısınız

Dar və incə balaqlı geyimlərdən uzaq durmağa çalışın. Trapes ya da geniş amma çox da geniş olmayan şalvar geyimlərinə üstünlük verin. Uzun balaqlı geyimləri seçməyiniz daha uyğun olacaqdır. Gödək balaqlı geyimlər topuğunuzun görünməsinə səbəb olaraq boyunuzla nisbəttə yoğun (incə olmayan) topuq əndişəsi yaradacaqdır.

Uzun geyimlərdən istifadə edin

Kəmər və uzun geyim qısaboylu xanımlar üçün vacib geyim tandemlərindəndir. Uzun geyimlərdə şaqülü xətlərlə bəzədilmiş geyimləri ön planda tutun. Eyni zamanda kəmər seçimində ehtiyatlı davranaraq incə kəmərlərə üstünlük verin. İncə və düzgün seçilmiş kəmər qısa boyunuzla uyum təşkil edərkən, kəmərin bədəninizi iki hissəyə ayıraraq sizi daha da qısa göstərəcəyini unutmayın. Tək rəngli geyimləri ön plana çıxararaq geniş və qarışıq rəngli geyimlərdən qaçmalısınız.

Dərzinizlə yaxın olun

Qısa boyunuzu geyimlərinizlə bədəninizi uyğun hala gətirərək ortadan qaldıra bilərsiniz. Uzun geyimlər mənlik deyil deyirsinizsə, o zaman sizi uzun göstərəcək doğru biçilmiş geyimlərdən yararlanın. Xüsusi ilə donunuzun və qolların uzunluğuna diqqət edin. Daha doğrusu ətək və qol uzunluğunu qısaltmaqdan çəkinməyin. (Bu arada ətrafdakıları da nəzərə almağı unutmamalısınız).

Ayaqqabı seçimi

Yuxarıdada dediyimiz kimi qısa boylu xanımlar ayaqlarından istifadə edərək uzun görünə bilərlər. Lazım olan isə doğru seçimdir. Bu baxımdan da boğazı kəmərli ya da ipləri topuğunuza bağlanan ayaqqabılardan uzaq durun. Çünkü bu sizin topuqlarınıza diqqət çəkərək boyunuza nisbətdə yoğun olan ayaqlarınıza arzu etmədiyiniz görünüş qazandıracaqdır. Eyni zamanda sivri uclu ayaqqabı seçimi doğru olacaqdır.

Yaxa seçimində diqqətli olun

Xüsusi ilə dərin və uzun yaxalı geyimlərdən istifadə edin. Bunu uzun geyimlərdə istifadə etmək daha yaxşı nəticə verəcəkdir.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə