Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov 8 Mart Beynəlxaq Qadınlar Günü münasibətilə Azərbaycan xanımlarını təbrik edib. SİA-nın verdiyi məlumata görə, təbrikdə deyilir: "Əziz ANALAR, BACILAR !
Həyatın hər anında varlıqlarına ehtiyac duyduğumuz dəyərli XANIMLAR !
Sizin hər birinizi 8 MART Beynəlxalq Qadınlar Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, can sağlığı, uzun ömür və sonsuz xoşbəxtlik arzu edirəm!
Xatırladım ki, bu gözəl bayramın yaranma səbəbi 1857-ci ilin martın 8-də ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan qadınların aşağı əmək haqqı ilə artıq iş saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətil etmələri olmuşdur. Lakin bu aksiyanın qarşısı polis tərəfindən alınıb. Uzun illər keçməsinə baxmayaraq 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə isə BMT bu günü qadın günü kimi rəsmiləşdirib.
Azərbaycan qadınlarının müasir cəmiyyətimizin formalaşmasında xüsusi yeri və rolu var. Azərbaycan xanımları zərifliyin, ülviliyin və gözəlliyin rəmzi olaraq milli varlığımızı özündə əks etdirən mədəni dəyərlərimizin əsrlərdən bəri bir bütöv halında qorunub saxlanılmasında misilsiz xidmətlər göstərmiş və həmişə cəmiyyətimizin etibarlı mənəvi dayağı olmuşlar. Eyni zamanda onlar hər sahədə yüksək fəallığı, zəngin biliyi, vətənpərvərliyi, dövlətçilik ənənələrinə sədaqəti, mərdliyi ilə tarix boyu seçilmiş və xalqımızın taleyində əhəmiyyətli rol oynamışlar. Azərbaycanın müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar xanımlarının adları çoxəsrlik zəngin tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır.
Bu gün də ölkəmizin ictimai-siyasi həyatında müstəsna yeri olan, beynəlxalq aləmdə dövlətimizin adını uca edən, milli-mənəvi dəyərlərimizi qoruyaraq dünyada təbliğ edən Mehriban xanım Əliyeva kimi, eyni zamanda vətən və dövlət üçün şəhidliyi gözə alan mərd övladlar yetişdirən qəhrəman analar müasir tariximizin səhifələrini zənginləşdirərək, milli kimliyimizin təsdiqində xüsusi rol oynayırlar.
Qadınların ürəyinin böyüklüyünə heyrətlənməmək mümkün deyil. Ən çətin və çıxılmaz anlarda belə ümid dolu olur, bəşəriyyətin sülhə nail olmasına öz töhvələrini verirlər. İnanıram ki, Azərbaycan qadını hər zaman olduğu kimi böyük ürəyi və zəngin mənəviyyatlı ilə bundan sonrada müasir cəmiyyətimizin formalaşmasında xüsusi rola malik olcaqdır. Qadın gülərsə, bütün dünya gülər. Arzu edirəm ki, heç zaman gülüş üzünüzdən əskik olmasın və gülmək üçün hər zaman səbəbiniz olsun! Dəyərli Xanımlar bir daha bayramınız mübarək!".
Bütün xəbərlər Facebook səhifəmizdə