YAP Samux rayon təşkilatının nümayəndələri qaziləri ziyarət ediblər - FOTOLAR

YAP Samux rayon təşkilatının nümayəndələri qaziləri ziyarət ediblər - FOTOLAR

YAP Samux rayon təşkilatında torpaqlarımızın düşməndən azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatlarda qazi adını qazanan Vətən övladları daim diqqətdə saxlanılır. 19 Fevral 2021-ci il tarixində YAP Samux rayon təşkilatının təşkilatçılığı ilə Vətən müharibəsində yaralanmış qazilərlər növbəti dəfə ziyarət edilib. Ziyarətdə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov və təşkilatın nümayəndələri iştirak ediblər.

Nümayəndələr Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə yaralanmış Çobanabdallı kənd qazilərindən Həsənov Kəramət Nizami oğlunu və Süleymanov Ülvi Lütfi oğlunu ziyarət ediblər. Ziyarətçilər yaralanmış hərbiçilərin problemləri ilə maraqlanıb, onlara ərzaq yardımları çatdırıblar.

Keçirilən görüşlərdə səmimi söhbət edən qazilərimiz Azərbaycan ordusunu qələbəyə çatdıran döyüş təəsüratlarını bölüşüb, xatirələrini danışıblar. Qeyd olunub ki, bu 44 günlük müharibə Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti və iradəsi ilə müzəffər ordumuzun gücünü, xalqımızın birliyini dünyaya göstərdi. Bu şanlı qələbəmiz dünya hərb tarixinə 44 günlük müharibə kimi düşdü. Amma biz bunu Vətən Müharibəsi kimi tariximizə qızıl hərflərlə yazdıq.

YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov da onları ölkəmizin əldə etdiyi qələbə münasibəti ilə təbrik edib, göstərdikləri qəhrəmanlığa görə təşəkkürünü bildirib. O, qeyd edib ki, hər bir şəhid ailəsi, qazilər və Vətən Müharibəsinin iştirakçıları daim dövlətimizin və ölkə rəhbərinin qayğısını hiss edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə