Bu gündən 65 yaşdan yuxarı vətəndaşların vaksinasiyasına başlanılır
Bu gündən 65 yaşdan yuxarı vətəndaşların vaksinasiyasına başlanılır.
SİA-nın məlumatına görə, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın brifinqində deyib.
Ş.Mövsümov bildirib ki, Azərbaycan vaksinasiyanı ilk başlayan ölkələr arasındadır: "Bilirsiniz ki, dünyada əksər ölkələr hələ vaksinasiyaya başlamayb. Azərbaycan vaksinasiyaya başlayan ölkələr arasındadır. Eyni zamanda Azərbaycan ən yüksək keyfiyyətli vaksinlərin əldə olunmasına nail olub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB