"Beşinci kolon"nun təmsilçiləri rüsvayçı duruma düşəcəklər" Həsən Qarayev

"Azərbaycan xalqı ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağda tarixi qazandı. 44 gün cəkən Böyük Vətən müharibəsi bizim Böyük Zəfərimizlə başa çatdı. Azərbaycan son iki yüz illik tarixində müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxdı. Nəinki Azərbaycanımızın, ümumiyyətlə müsəlman- türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa şəhəri müzəffər Azərbaycan ordusunun rəşadətli qələbəsi ilə özünün azadlığına qovuşdu. Əminliklə demək olar ki, 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaq. Şuşa azad edildikdən sonra noyabrın 9-u Prezident İlham Əliyev 71 kəndin, bir qəsəbənin və 8 strateji yeksəkliyin işğaldan azad edildiyi barədə ölkə ictimaiyyətini yenidən sevindirdi. Beləliklə də, Şuşanın alınması Ermənistanı tam tərk-silah etdi və kapitulyasiya etməkdən başqa çıxış yolu qalmadı". Bunu SİA-ya açıqlamasında Qloballaşma və Milli Həmrəylik İctimai Birliyinin sədri Həsən Qarayev deyib.

H.Qarayev bildirib ki, qalib Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş bütün ərazilərdə infrastrukturu yeniləyərək, evlər tikəcək, iş yerləri yaradacaq və məcburi köçkünlərin öz yurd-yuvalarına qaytarılmasını təmin edəcək: "İşğaldan azad olunacaq torpaqlarımız Azərbaycan iqtisadiyyatında xüsusi paya malik olacaq. Ərazilər üzrə iqtisadi fəaliyyətlər, sərmayə qoyuluşları müəyyənləşəcək. Xüsusilə işğaldan azad olunan ərazilərdə yüksə turizm potensialı yaradılacaq. Araz çayı üzərində "Xudafərin", və "Qız qalası" su elektrik stansiyaları inşa ediləcək. Bu su elektrik stansiyalarının inşa edilməsi nəticə etibarilə işğaldan azad edilən ərazilərimizin elektrik enerjisi ilə təminatına imkan yaradacaq. Bu işlər imkan verəcək ki, Azərbaycan elektrik enerjisi ixrac etmək imkanına malik olsun. Bir sözlə, Prezidentimizin dediyi kimi, Qarabağ cənnətə çevriləcək".

H.Qarayev 44 günlük qələbədən sonra bəzi qüvvələrin "Beşinci kolon" rolunda ölkəmizdə təxribatlar törətməyə, ictimai rəyi çaşdırmağa cəhd etdiklərini bildirdi: "Ancaq həmin pozucu qüvvələr anlamalıdırlar ki, indi Azərbaycan çox güclüdür. Yəni, 1990-cı illərin Azərbaycanı deyil. Xalq hər şeyi çox gözəl bilir və ağı-qaradan seçməyi də bacarır. Əldə olunan nailiyyətlər sırasında təhlükəsizlik, güclü ordu, əmin-amanlıq, sabitlik, inkişaf və sosial rifah öndə gəlir. 44 günlük zəfərdən sonra cəmiyyətdə uğurlara kölgə salamağa ümid bəsləyən "Beşinci kolon"nun tör-töküntüləri başa düşməlidirlər ki, Azərbaycanın güclü ordusu var və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə hazırdır, necə ki torpaqlarımızı qısa müddətdə işğaladan azad etdi. Xalq-iqtidar birliyi bütün problemləri adlayacaq və Qarabağı dilbər güşlərdən birinə çevirəcək. Əminəm ki, yaxın vaxtlarda insanlarımız Xankəndinə, Xocalıya, Xocavəndə, Şuşaya, Hadruta, Kəlbəcərə və digər ərazilərimizə köçürüləcəklər. "Beşinci kolon"nun təmsilçiləri və onların dəstəkçiləri isə bir daha xar olacaq və rüsvaçı duruma düşəcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə