Koronavirusla bağlı nəqliyyat vasitələrində yol verilən nöqsanlar açıqlanıb

Koronovirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində Azərbaycanda həyata keçirilən tədbirlərə uyğun olaraq Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) tərəfindən öz tənzimləmə dairəsi çərçivəsində aprel ayından etibarən hazırkı tarixədək 165 763 monitorinq keçirilib və 13 341 nöqsan aşkar olunub.

DANX-dan SİA-ya verilən məlumata görə, aşkarlanan nöqsanların aparılan monitorinqlərdəki payı təxminən 8% təşkil edib və bu nöqsanların aradan qaldırılması üçün tərəfimizdən zəruri tədbirlər görülüb.

Aparılan monitorinqlər işəgötürənin işçilərini qoruyucu vasitələr və dezinfeksiyaedici ləvazimatlarla təmini (monitorinq sayı 39673, nöqsan sayı 1020), dayanacaqlarda və nəqliyyat vasitələrində nəqliyyatdan mümkün qədər az istifadə edib piyada gəzməyi və məsafə saxlamağı təşviq edən maarifləndirici plakatların yerləşdirilməsi (monitorinq sayı 18630, nöqsan sayı 1162), vətəndaşlardan tibbi maska taxmalarını tələb edən və sosial məsafənin saxlanılmasının zəruriliyini bildirən maarifləndirici məlumatlar yerləşdirilməsi (fəaliyyətinə icazə verilən 8 avtovağzal və avtostansiyada monitorinq sayı 142, nöqsan sayı 11), avtobuslarda sərnişinlərlə sürücünün fiziki təmasının istisna edilməsi üçün daşıyıcılar tərəfindən şəffaf arakəsmələrin quraşdırılması (monitorinq sayı 21176, nöqsan sayı 1177), taksilərdən istifadə edən müştərilərin yalnız arxa oturacaqlarda oturmasının təmini (monitorinq sayı 23392, nöqsan sayı 5111), taksi sürücüsü ilə arxadakı oturacaqlar arasında şəffaf, hava keçirməyən arakəsmələrin quraşdırılması (monitorinq sayı 23156, nöqsan sayı 2250) və avtobusların və taksi minik avtomobillərinin fasilələr zamanı daşıyıcılar tərəfindən dezinfeksiya edilməsi (monitorinq sayı 39594, nöqsan sayı 2610) ilə bağlı məsələləri əhatə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə