YAP Quba rayon təşkilatının yaradılmasının 28-ci il dönümü qeyd olunub

Bu gün YAP Quba rayon təşkilatının yaradılmasının 28-ci il dönümü ilə əlaqədar YAP Quba rayon təşkilatında videkonfrans keçirilib. Videkonfransa YAP Mərkəzi Aparatının baş məsləhətçisi Rafael Gülməmmədov, Şura, İdarə Heyəti üzvləri, Qadınlar Şurası və Gənclər Birliyinin sədrləri və üzvləri, partiya fəalları qoşulub.

Videokonfransı YAP Quba rayon təşkilatının sədri Yusif Abidov açdı. Partiyanın yaranması ilə əlaqədar videoçarx nümayiş etdirilib.

Sonra rayon təşkilat sədri qeyd edib ki, təşkilatımızın bu ildönümü ərəfəsində tarixi yaddaşımıza nəzər salsaq, Yeni Azərbaycan Partiyasının ölkəmizin çətin və böhranlı dövründə, obyektiv zərurətdən, o illərdə mövcud olmuş ideoloji-siyasi durumun doğurduğu milli tələbatdan irəli gəldiyini iftixar hissi ilə qeyd edə bilərik.

Y.Abidov bildirib ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu YAP öz ali məqsədini dövlətimizin müstəqilliyinin, ərazi bütövlüyünün qorunması, ölkəmizin beynəlxalq aləmdə layiqli yer tutması kimi əsas partiya prinsiplərini həyata keçirməklə cəmiyyətdə yüksək nüfuza malik olub: "Yeni Azərbaycan Partiyası artıq böyük uğurların müəllifidir. Bu gün Ulu Öndərimiz Heydər Əliyevin müəllifi olduğu Müstəqil Azərbaycana rəhbərlik edən ölkə Prezidenti İlham Əliyevun Sədrlik etdiyi Yeni Azərbaycan Partiyası ətrafında 850 minə yaxın sağlam düşüncəli insan birləşir. 28 ildir ki, Yeni Azərbaycan Partiyası hakimiyyətdədir və ötən 28 ildə bütün sahələr üzrə inkişaf baş vermişdir".

27 sentyabr 2020-ci il tarixdə başlanan və 44 gün davam edən Vətən müharibəsində qazanılan şanlı qələbə xalqımızın Yeni Azərbaycan Partiyasının Sədri, Ali Baş Komandan, Cənab Prezidentimiz İlham Əliyevə olan inamın bariz nümünəsidir. Xalq onu dəstəkləyir, çünki Prezidentimiz son 17 il ərzində Azərbaycanı Ulu Öndər Heydər Əliyevin siyasətinə sadiq qalaraq uğurla, inamla inkişaf etdirib və bu gün Azərbaycan güclü ölkəyə çevrilib, beynəlxalq aləmdə böyük nüfuz qazanıb.

Çıxış edən YAP Mərkəzi Aparatının baş məsləhətçisi Rafael Gülməmmədov, YAP Quba rayon təşkilatı Qadınlar Şurasının sədri Aysel Şeydayeva, Gənclər Birliyinin sədr Əhməd Bəkirli, Azərbaycan Dövlət Pedaqoji Universiteti Quba filialının müəllimi Nəhayət Şirinova, Azərbaycan Dövlət Pedaqoji Universiteti Quba filialının müəllimi Aygün Şixbabayeva partiyanın keçdiyi çətin və şərəfli yoldan, 27 sentyabrda başlanan və 44 gün davam edən Vətən müharibəsində qazanılan şanlı qələbədən danışıblar.

Daha sonra bir qrup partiya fəallarına partiyadkı səmərəli fəaliyyətinə görə fəxri fərmanlar təqdim olunub.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə