919 Çağrı mərkəzinə 2020-ci il ərzində daxil olmuş zənglərin SAYI AÇIQLANDI

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzinə cari il ərzində 244.398 zəng daxil olub. Onlardan 221.715-i Azərbaycan dilində, 19.708-i rus dilində, 2975-i isə ingilis dilində cavablandırılıb. SİA-nın verdiyi məlumata görə, qəbul edilən zənglərin 66357-si müvəqqəti olma müddətinin uzadılması, 44007-si müvəqqəti yaşama icazəsi, 17303-ü vətəndaşlıq məsələləri, 15464-ü iş icazəsi, 9223-ü daimi yaşama icazəsi, 3220-si olduğu yer üzrə qeydiyyat, 88824-ü digər məsələlərlə bağlı olub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...