“Kaspi AZ”, “Kaspi Co” və daha bir neçə şirkət ləğv olunub

“Bakı 24”, “Kaspi AZ”, “Mətbuat Evi”, “Golden Prince”, “Global Advertisment” MMC-lər, eləcə də “Kaspi Co” MTK ləğv olunduğunu elan edib. SİA-nın məlumatına görə, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzeti yayıb.

Kreditorlar 2 ay ərzində tələblərini şirkətlərin dövlət qeydiyyatına alındığı Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, 1 ünvanına bildirə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə