Yoluxma sayının azalması test sayının azalması ilə əlaqədar deyil - TƏBİB

Yoluxma sayının azalması test sayının azalması ilə əlaqədar deyil - TƏBİB

Ölkədə COVİD-19-a yoluxma sayının azalması test sayının azalması ilə əlaqədar deyil. SİA-nın məlumatına görə, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu Departamentinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, sərt karantin tədbirlərinin yeni başlandığı günlərdə gündəlik yoluxma sayı 4000, hətta 5000-ə çata biləcək qədər idi: "Bu gün isə gündəlik yoluxma sayı 1000-dən aşağı enib. Yoluxma sayının sağalma sayından az olması, bəzi günlərdə hətta iki dəfəyədək az olması ilə xəstəxanalarda yataq yerləri boşalır".

Bütün xəbərlər Facebook səhifəmizdə