Prezidentin köməkçisi: "Azərbaycanın humanitar dəyərlərə, beynəlxalq hüquqa sadiqdir"

"Azərbaycan 30 hərbçinin meyitini və 1 mülki şəxsi Ermənistana təhvil verib". SİA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tərtərdə jurnalistlərə müsahibəsində deyib.

“Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında Azərbaycan Respublikası tərəfindən humanitar təşəbbüs irəli sürülüb. Bu da Azərbaycanda olan, yəni döyüş meydanında qalmış 30-dək erməni əsgər və zabitinin meyitinin Ermənistan tərəfinə verilməsi idi. Həmçinin Azərbaycan tərəfdə olan iki nəfər yaşlı Ermənistan vətəndaşı da var idi. Ermənistan tərəfindən bu məsələdə xoş niyyət göstərilmirdi. Biz bu istiqamətdə Rusiya Müdafiə Nazirliyi və şəxsən Müdafiə naziri Sergey Şoyqunun səylərini yüksək qiymətləndiririk. Rusiyanın bu humanitar təşəbbüsü dəstəkləməsi nəticəsində Ermənistan tərəfi Qazax-Tovuz istiqamətində humanitar koridorun açılmasına və əsgərlərinin meyitlərinin qəbul edilməsinə razılığını verdi. Azərbaycan tərəfdə olan Ermənistanın iki mülki şəxsindən isə biri təhvil verilib. Digərinin səhhəti buna imkan verməyib. Bu əməliyyat indilərdə başa çatdı. Bu xüsusda Beynəlxalq Qızıl Xaç Komitəsinə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinə də təşəkkürümüzü bildiririk. Bu, bir daha Azərbaycanın humanitar dəyərlərə, beynəlxalq hüquqa, Cenevrə konvensiyalarına sadiqliyini növbəti dəfə nümayiş etdirir”, - deyə Hikmət Hacıyev bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə