Azərbaycanda 946 nəfər COVID-19-a yoluxub, 228 nəfər sağalıb, 7 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 946 yeni yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 49 min 959 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 41 min 279 nəfər müalicə olunaraq sağalıb, 671 nəfər vəfat edib. Aktiv xəstə sayı 8009 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 291 min 534 test aparılıb. Bugünkü test sayı isə 10037-dir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...