Аzərbaycan diplomatik cəbhədə də qalibdir - ANALITIK

İlham Əliyev: "Pakistana minnətdarıq. Azərbaycanın ərazi bütövlüyü məsələləri ilə bağlı Pakistanın qətiyyətli mövqeyinə görə minnətdarıq. Pakistan Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə görə Ermənistanı tanımayan ölkədir. Bu, qardaşlığın əsl nümayişidir. Bütün hallarda Pakistan həmişə yanımızdadır. Pakistanın Xarici İşlər naziri bu yaxınlarda Ermənistanın ölkəmizə qarşı təxribatı ilə bağlı bəyanat verib. Bu bəyanat haqq işimizi tam dəstəkləyir".

Сentyabrın 27-də, bazar günü səhər saat 6:da Ermənistan əvvəlcədən xəbərdarlıq etmədən bir çox sərhədyanı kəndlərimizi intensiv atəşə tutaraq dinc sakinlərə, mülki və hərbi obyektlərə ciddi ziyan vurmaqla əslində Azərbaycana qarşı elan edilməmiş müharibəyə başladı. Müharibənin ilk günü hadisələrin xronikasının təhlili onu deməyə əsas verir ki, Azərbaycan təkcə hərbi sahədə deyil diplomatiya və beynəlxalq sahədə də üstünlüyü ələ aldı və düşmən tərəfin işğalçı olduğunu, onun son təcavüzünün əsl mahiyyətini beynəlxalq arenaya tutarlı faktlarla çatdıra bildi.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Кomandanı İlham Əliyev 2020-ci ilin sentyabrın 27-də Azərbaycan xalqına müraciət edərək bir daha bəyan etdi: Qarabağ Azərbaycandır!: "Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

Müharibənin elə ilk anından etibarən Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyən dost və qardaş ölkələrdən dəstək bəyanatları, açıqlamalar, zənglər və teleqramlar gəlməyə başladı. Məsələn, qardaş Türkiyənиn bütün dövlət və hökümət rəsmiləri dərhal bəyanatlar verərək Azərbaycanı dəstəklədilər və Ermənistandan təcavüzkar hərəkətləri dərhal dayandırmağı tələb etdilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə telefon zəngi edib, Ermənistanın hərbi təxribatı nəticəsində Azərbaycan mülki şəxslərinin və hərbi qulluqçularının həlak olması ilə əlaqədar dövlətimizin başçısına və Azərbaycan xalqına başsağlığı verdi, həlak olanlara Allahdan rəhmət dilədi. Rəcəb Tayyib Ərdoğan həmişə olduğu kimi, bu gün də Türkiyənin Azərbaycanın yanında olduğunu vurğuladı.

Türkiyə parlamentinin spikeri Mustafa Şentop Ermənistanın hakim rejiminin yeritdiyi siyasətə qiymət verərək bəyan etdi ki, Ermənistan terrorçu dövlət olmaqla təkcə Azərbaycan üçün yox, bütün region üçün sülhə təhlükədir.

Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar isə “Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmalıdır” - dedi.

Türk Şurası да Qarabağdakı vəziyyətlə bağlı bəyanat yaydı. Qurumun Baş katibи Bağdad Amreyev qarşıdurmalarda şəhid olanlar üçün Azərbaycan xalqına başsağlığı verdi və yaralılara şəfa dilədi. TÜRK PA-dan dа Azərbaycana dəstək bəyanatı gəldi. Baş katib Altınbek Mamayusupov Azərbaycanın Dağlıq Qarabağ bölgəsində hərbi gərginlikdən narahatlığını ifadə edərək, çoxsaylı itkilərlə nəticələnən Azərbaycanın yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulmasını qınadı. О, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə və ATƏT-in Minsk qrupu tərəfindən dəstəklənən danışıqlar prosesinə xələl gətirəcək hər hansı təhrikedici bəyanat və addımların qəbuledilməzliyini vurğuladı.

Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi uğrunda apardığı haqlı mübarizəsinə növbəti dəstək müsəlman dövlətlərindən gəldi. Bizə dost və qardaş ölkə olan Pakistanın xarici işlər naziri Azərbaycanın dinc əhalisinin yaşadığı kəndlərinin erməni silahlı qüvvələri tərəfindən intensiv şəkildə atəşə tutulmasını ciddi şəkildə qınayan və Dağlıq Qarabağ konfliktində Azərbaycanın mövqeyini müdafiə edən açıq bəyanat verdi. 2020-ci il sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bilal Hayenin etimadnaməsini qəbul edərkən öz razılığını ifadə edərək belə deyib: "Pakistana minnətdarıq. Azərbaycanın ərazi bütövlüyü məsələləri ilə bağlı Pakistanın qətiyyətli mövqeyinə görə minnətdarıq. Pakistan Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə görə Ermənistanı tanımayan ölkədir. Bu, qardaşlığın əsl nümayişidir. Bütün hallarda Pakistan həmişə yanımızdadır. Pakistanın Xarici İşlər naziri bu yaxınlarda Ermənistanın ölkəmizə qarşı təxribatı ilə bağlı bəyanat verib. Bu bəyanat haqq işimizi tam dəstəkləyir".

Əfqanıstanın Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ regionunda Ermənistan ilə Azərbaycan arasında davam edən toqquşmalara görə narahatlığını, bu münaqişə nəticəsində insan tələfatı və maddi itkilərlə əlaqədar təəssüfləndiyini bildirdi. Əfqanıstan xarici siyasət idarəsinin saytında dərc edilmiş sənəddə deyilir: “Dağlıq Qarabağ regionu beynəlxalq aləmdə Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Əfqanıstan Dağlıq Qarabağın işğalına son qoyulmasını tələb edir, Azərbaycan xalqının, Azərbaycan hökumətinin və dünyanın digər ölkələrinin bununla əlaqədar səylərini dəstəkləyir”.

Azərbaycana növbəti dəstək bəyanatları keçmiş sovet respublikalarından gəldi. Ukrayna Ali Radası sədrinin birinci müavini Ruslan Stefançuk bildirdi ki,ölkəsi ilk gündən Azərbaycanın ərazi bütövlüyünü və onun bərpa olunmasını dəstəkləyir. O qeyd etdi ki, rəsmi Kiyevin mövqeyi beynəlxalq hüququn tələblərinə, suverenlik və ədalət prinsiplərinə əsaslanır: “Bizim ərazi bütövlüyümüz də separatizmdən əziyyət çəkir. Bu mənada biz dost Azərbaycanın bu ağrılı problemini yaxşı başa düşürük. Azərbaycan Respublikasının ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyir, ərazi bütövlüyünün pozulmasını və Azərbaycan torpaqlarının işğalını qətiyyətlə pisləyirik”.

Аrdınca Estoniya Azərbaycanın Dağlıq Qarabağ bölgəsində baş verən hadisələrdən narahat olduğunu bildirərək bu məsələnin müzakirəsini təcili şəkildə BMT Təhlükəsizlik Şurasının qeyri daimi üzvü kimi həmin qurumun iclasına çıxarmağı təklif etdi.

Litvanın хarici işlər naziri Linas Linkyaviçyus və Latviyanın хarici işlər naziri Edqars Rinkeviçs də Ermənistanın Azərbaycana qarşı təcavüzündən narahatlıqlarını bildirən bəyanatlar yaydılar.

Rusiya hələlik bu hadisələri susqunluq, səbr və təmkinlə qarşılayır. Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Rusiya qonşuların daxili işinə qarışmır. Bu əslində Ermənistana mesajdır. Ermənistanın ən çox dəstək gözlədiyi təşkilat isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) idi. KTMT hərbi əməliyyatlarla bağlı 28.09.2020-ci ildə açıqlama yaydı. Qurumun baş katibi Aleksandr Zasın adından yayılan açıqlamada təşkilatın Dağlıq Qarabağda vəziyyətin eskalasiyası ilə bağlı ciddi narahatlıq keçirdiyi ifadə olundu. “Mövcud vəziyyət 1994-cü ildə atəşkəs haqqında sazişin və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması çərçivəsində güc tətbiq edilməməsi ilə bağlı qarşılıqlı öhdəliklərin icrasına yardım etmir. Dərhal atəşkəs rejimini bərpa etmək və ATƏT-in Minsk qrupunun apardığı danışıqlar prosesinə qayıtmaq lazımdır. Dağlıq Qarabağda münaqişənin həlli yalnız siyasi-diplomatik metodlarla mümkündür. Kollektiv Təhlükəsizlik Şurası, KTMT-nin Xarici İşlər nazirləri Şurası öz bəyanatlarında dəfələrlə tərəfləri münaqişə vəziyyətlərini istisnasız olaraq sülh yolu ilə nizamlamağa nail olmağa, gərginliyi artırmağın qarşısını almaq məqsədi ilə təxribatçı fəaliyyətlərdən çəkinməyə çağırıb”, - deyə KTMT baş katibi vurğulayıb.

İşğalçı Ermənistanın əli bu təşkilatın da ətəyindən üzüldü.

Hazırda Azərbaycan Prezidenti İlham Əliyev mütəmadi olaraq dünyanın aparıcı dövlətlərinin liderləri, beynəlxalq təşkilatların rəhbərləri, nüfuzlu siyasi xadimlərlə telefon danışıqları aparır.

Sentyabrın 27-də Fransa prezidenti Emmanuel Makron Prezident İlham Əliyevə telefonla zəng etdi. О, Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurmanın baş verməsindən ölkəsinin narahatlıq hissi keçirdiyini qeyd etdi və münaqişənin danışıqlar yolu ilə həll olunmasının vacibliyini vurğuladı. Telefon söhbəti zamanı dövlətimizin başçısı sentyabrın 27-də Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən və davam edən hərbi təxribatla bağlı hadisələrin gedişi barədə məlumat verərək qeyd etdи ki, Ermənistanın Azərbaycan silahlı qüvvələrinin mövqelərini və cəbhə xətti boyu yerləşən yaşayış məntəqələrimizi ağır artilleriya silahlarından atəşə tutması nəticəsində mülki şəxslərimiz və hərbi qulluqçularımız həlak olmuşdur. Azərbaycan Silahlı Qüvvələri buna cavab olaraq uğurlu əks-hücum əməliyyatları həyata keçirir.

Azərbaycan Prezidenti bildirdi ki, Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyət Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür.

Sentyabrın 29-da Almaniya Kansleri Angela Merkel də Prezident İlham Əliyevə telefonla zəng etdi. Angela Merkel Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurmanın baş verməsi ilə bağlı ölkəsinin narahatlığını ifadə edib və hadisələrin gedişi ilə maraqlanıb.

Dövlətimizin başçısı Almaniyanın kanslerinə son hadisələrə aid fikirlərini bildirməklə eyd etdi ki, sentyabrın 27-də, səhər saatlarında Ermənistan Azərbaycana qarşı hərbi təxribat törədərək, ağır artilleriya qurğularından təmas xətti boyu yerləşən hərbi birləşmələrimizi, şəhər və kəndlərimizi atəşə tutması nəticəsində iki gün ərzində hərbçilərimiz, 10 mülki şəxs, o cümlədən iki uşaq həlak olub, 29 mülki şəxs yaralanıb, 150 yaşayış evi dağıdılıb və bütün bunlara görə Azərbaycan tərəfi əks-hücum əməliyyatına başlayıb.

Prezident İlham Əliyevlə BMT-nin Baş katibi Antonio Quterreş arasında videokonfrans formatında görüş də baş tutub. Azərbaycan Prezidenti ona 27 sentyabr 2020-ci ildə Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təxribatla bağlı hadisələrin gedişinə dair məlumat verdi. Prezident qeyd etdi ki, sentyabrın 27-də Ermənistan təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrimizi ağır artilleriyadan atəşə tutub və bunun nəticəsində mülki şəxslərimiz və hərbi qulluqçularımız həlak olublar. Azərbaycan tərəfi özünümüdafiə məqsədilə uğurlu əks-hücum əməliyyatları həyata keçirir.

Müsəlman dünyasında nüfuzlu dövlətlərdən biri olan İndoneziya parlamentinin Milli Oyanış Partiyası fraksiyası da Azərbaycan dövlətinin haqlı mövqeyini müdafiə edən bəyanat yaydı. Bəyanatda deyilirdi: "Biz Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləyirik".

Göründüyü kimi, Azərbaycanın haqlı mövqeyini müdafiə edən dövlətlərin və təşkilatların sayı günü-gündən artmaqdadır. Hərbi-siyasi cəhətdən dalana dirənmiş Ermənistan diplomatik meydanda dа nokauta düşmək üzrədir.

İlkin ƏLİYEV,

Gənc Politoloqlar Мərkəzinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə